İranda səs bülitenlərinin üzərində azərbaycanlıların etiraz şüarları əks olunub – GÖRÜNTÜ

İranda səs bülitenlərinin üzərində azərbaycanlıların etiraz şüarları əks olunub – GÖRÜNTÜ

GünAz TV: Mayın 19-da İranda şəhər şura seçkiləri və 12-ci prezident seçkiləri keçirilib.

 

Məlumata görə, seçkilərə qatılan bir sıra azərbaycanlılar səs bülitenləri üzərində dövlətin Azərbaycan türk millətinə olan ayrı-seçkilik siyasətini qınayaraq müxtəlif şüarlar yazıblar. Soydaşlarımız İranda fars irqçiliyinə son qoyulmasını və Azərbaycan türklərinin milli hüquqlarını tələb edən cümlələrlə çıxış ediblər.

 

Bülitenlərin üzərinə yazılan bəzi cümlələr bunlardan ibarət olub:

-        “Hanı mənim ana dilim – Hanı mənim Urmu gölüm!”

-        “Azərbaycan var olsun”

-        “Ölüm olsun fars şovinizminə - Yaşasın türk”

-        “Yaşasın AnaTəbrizim”

 

Bəzi bületənlərin üzərinə isə çağdaş Türkiyənin qurucusu böyük öndər Atatürk və Türkiyənin hazırkı prezidenti  Rəcəb Tayıb Ərdoğanın adı yazılıb.

 

 

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN