İranda türk gənclərinin asimilasyona uğraması haqda VİDEO

İranda türk gənclərinin asimilasyona uğraması haqda VİDEO

GünAz TV: Sosial şəbəkələrdə İranda türk gənclərinin asimilasyona uğraması haqda bir video yayılıb.

 

Sözdə daxili istehsala dəstək məqsədi ilə hazırlanan videoda geyim almaq istəyən bir gənclə tekstil istehsalçıları arasında qısa dialoq olur.

 

Həmin dialoqda əslən türk olan gənc oğlan öz milli kimliyini danaraq yalnız ailəsini azərbaycanlı kimi təqdim edir və bildirir ki, mənim də əmioğlularım Azərbaycan türkləridir. Milli kimliyini unudan gənc dediyi sözun fərqinə varmır ki, insanın ailəsi və əmioğluları türkdürsə, özü necə türk olmaya bilər?!

 

Həmin Videoda başqa bir məsələ də diqqət çəkir. Tekstil istehsalçıları “Yaşasın İran” sözünü xüsusi vurğulayaraq onun “Yaşasın Azərbaycan” sözündən üstün olmasını təlqin edirlər. Sonda asimilasyona uğrayan gənc bir daha “Yaşasın İran” sözünün üstün olduğu qənaətinə gəlir.

 

Dialoqdan başqa söhbətin tonu və kələmələrin tələffüzü də materialın İrançılıq ideyasına hesablandığını göstərir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=151&v=Z3r4KzVy4kg

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN