İranın Azərbaycan Respublikası və GünAz TV-yə qarşı sistemli təxribatı davam edir

2016-12-31 07:01

GünAz TV: İran rejiminin Azərbaycan Dövləti və Güney Azərbaycan Milli Hərəkatı, o cümlədən aktiv kütləvi informasiya vasitələrinə qarşı sistemli təxribatı müxtəlif formalarda davam etməkdədir.

 

Demokratik hökumətlər ölkə problemlərini qarşılıqlı dialoq, müzakirə və statistik məlumatlar əsasında təhlil vasitəsi ilə həll etdikləri halda, irqçi və totaliter rejimlər bir qayda olaraq sistemin qeyri-demokratik hərəkətlərini görüb ona qarşı etiraz edən qrupları xarici qüvvələrə bağlı olmaqda ittiham edərək onların qanuni tələbləri qarşısında zorakılıq yolu ilə müqavimət göstərir. Bu yanaşmanı İranda islam inqilabından sonra bütün sahələrdə görmək mümkündür.

 

İranda XX-ci əsrin 90-cı illərindən millətlərin, xüsisi ilə də türklərin milli kimlik məsələsi və bu istiqamətdə gedən ictimai-siyasi proseslər yeni mərhələyə daxil oldu. İran rejimi ölkədə yaşayan millətlər, o cümlədən türklərin tələblərini gözdən keçirmək yerinə ona qarşı repressiya və zorakılıq yolunu seçdi. Eyni halda Güney Azərbaycana təsir imkanlarını məhdudlaşdırsın deyə Azərbaycan Respublikasını inkişafdan saxlamaq üçün Azərbaycandakı radikal şiə qrupları dövlətə qarşı təhrik etməyə başladı, bu istiqamətdə Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistanla müxtəlif sahələrdə əməkdaşlıq edərək onu gücləndirməyə çalışdı, bu proses hələ də davam edir.

 

Lakin bütün bunlara baxmayaraq Güney Azərbaycanda gedən ictimai-siyasi cərəyanı dayandırmaq mümkün olmadı və Milli Hərəkat fəallarının tələbləri əhalinin böyük əksəriyyəti tərəfindən dəstəkləndi. Bu məsələ İran rejiminin ciddi nigaranlığına səbəb oldu və Azərbaycan məsələsi Milli Təhlükəsizlik Şurasının gizli tədbirlərində müzakirə olunmağa başladı. Rejim Milli Hərəkatın qarşısını almaq üçün müxtəlif önləyici planlar üzərində işləyib və müxtəlif ssenarilərə əl atdı. Bu planlardan ən əsası Azərbaycan Milli Hərəkatının kütləvi informasiya vasitələri, o cümlədən Güney Azərbaycanın təkcə səsi olan GünAz TV-yə qarşı təxribatçı tədbirlərin alınması idi.

 

2004-cü ildən Güney Azərbaycan və İran coğrafiyasında yaşayan digər türk xalqlarının milli yöndə maarifləndirilməsi uğrunda fəaliyyət göstərən GünAz TV əhali arasında nüfuz qazandıqca özünə qarşı rejimin qəzəbini artırdı. Azərbaycan Respublikasını zəiflətmək məqsədi ilə radikal şiələrə yönəlik  təhrikamiz verilişlər yayan “SƏHƏR TV”, Güney Azərbaycan Televiziyasına qarşı bir çox yalan və böhtan xarakterli məlumatlar yaydı. “Fars News”, “Tabnak”, “Təsnim News”, “Anac”, “Azəriha”, “Aran News”, “Mehr News” və s. kimi İran saytları da eyni istiqamətdə hərəkət edərək GünAz TV-ni təxrib etməyə çalışdılar. Bu arada ETTELAAT Nazirliyinə bağlı olan “Azəriha” saytının Güney Azərbaycanla bağlı təhrifləri, GünAz TV və onun rəhbəri Əhməd Obalı ilə əlaqədar yaydığı məlumatlar öz təxribatçılıq xarakteri ilə seçilir.

 

Ötən həftələrdə isə Şərqi Azərbaycan Teleradio Şirkətinin Bəsic Təşkilatı və “Sepah”ın Aşura briqadasının dəstəyi ilə GünAz TV-yə qarşı növbəti təxribat hazırladığı öyrənildi. Dekabrın 5-də Şərqi Azərbaycan Teleradio Şirkəti bəsiclərinin keçirdiyi tədbirdə, rəsmi orqanın anti-Azərbaycan fəaliyyəti ilə bağlı yeni açıqlama verildi. Mətbuatda yayılan məlumatda bildirilir ki, “Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifi Qarabağ, Nardaran, Şah İsmail və GünAz TV sənədli filmlərinin çəkildiyi barədə xəbər verib. O bildirib ki, bu sənədli filmlərin bir neçəsi hazırdır, bəzilərinin isə üzərində iş gedir.”

 

Bu filmlərin məzmunu hələlik bəlli olmasa da, lakin onların adından Azərbaycan türk millətinin milli mənafeyi və milli birliyinin hədəfə alındığını indidən demək mümkündür. Misal üçün, Nardaran filmində İranın dəstəklədiyi  şiə terrorçularından təqdir olunacaq, onların təxribatçı hərəkətləri islam və şiəliyə xidmət kimi göstəriləcək. Dağlıq Qarabağ barəsində də  həqiqətlər alt-üst şəkildə nümayiş etdiriləcək. GünAz TV haqqında isə Azərbaycan türklərinin baxışının dəyişdirilməsinə çalışılacaq. Bu istiqamətdə Telekanalın qurucusu və onun həmkalarına qarşı qarayaxma və təxribat kampaniyası davam etdiriləcək.

 

İran rejimi Azərbaycan Milli Hərəkati və onun təkcə səsi olan GünAz TV-ni təxrib etməklə cəmiyyətin gözündə itirdiyi legitimliyi yenidən bərpa edəcəyinə ümid edir. Lakin təcrübə bunun tərsini göstərib. Toplumun içindən çıxan bir ictimai-siyasi cərəyan və onunla bağlı olan orqanları təxrib etmək, həmin orqanların daha da güclənməsi və nüfuz qazanması ilə nəticələnir, əhalinin isə rejimə qarşı aqresiyası biraz da artır. Arazın hər iki tərəfində yaşayan Azərbaycan türk milləti İran rejiminin terrorçu və təxribatçı xarakteri ilə artıq tanışdır və İran rejiminin Güney Azərbaycanın təkcə səsi olan televiziyası və Azərbaycan Respublikasına qarşı mənfi təbliğatını özünə qarşı bir təxribat olduğunu yaxşı başa düşür.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
Səməd Niknam

2020-06-22

Dinsiz toplum olmamışdır. Din ictimai idealogiyanın və insan kimliyinin tərkib hissəsidir. İnsan mədəniyyəti din üzərində qurulub. İran farslarından fərqli olaraq, İran türklər, özəllilkə Səfəvilər bu mədəniyyətin yaranmasında böyük işlər görmüşdür. İnam hər kəsin şəxsi işidir. Amma din yalnız inamdan ibarət detil. Din insan mədəniyyətini özündə toplayan insani dəyərdir. Biz bu dəyərləri mənimsəməli və gəlişdirməliyik. İran türkləri və Səfəvilər bu mədəniyyətə yiyələndilər və onu yaşatdılar. Biz islam mədəniyyətini mənimiyə bilməsəydik, dövlət qura bilməzdik. Din varsa, mədəniyyət var, mədəniyyət varsa dövlət var. Farslar islamı mənimsiyə bilmədi. Ona görə də, İslamdan sonra dövlətdərin itirdilər. Farslar bu gündə islamı anlamamış və hər şeyi tərsə yozullar. İslamdan sapmışlar. Ona görə də, müsəlman xalq onları qəbul etmir. Türklər İslamı mənimsəmiş bir millətdir. Bütün türk dövlətdəri, istər Səlcuqlular, Osmanlılar, Səfəvilər və Qacarlar İslam mədəniyyəti üzərində qurulub. İslam dininin mahiyyətinə uuğun olaraq, bütün türk dövlətləri layik olmuşdur. Demək istəyirəm ki, İslam zatən layik dindir. Bu günkü İran İslam Cumhurisi də, teokratik dövlət deyil. Bunların islama ayidatı yoxdur.

Post | Gunaz article social
توران

2020-06-21

البته فارسها به تاریخ نداشته اشان میبالند.اون وقت ما تورکها نباید به تاریخ مستند و واقعی امان بنازیم؟

Post | Gunaz article social
A

2020-06-09

لعنت بر اسد و حامیان او

Post | Gunaz article social
سالار

2020-06-08

در جواب به فریده سرهنگی صفویان به خاطر قدرت امپراطوری و به دلیل اینکه زبان ترکی زبان رسمی کل امپراطوری بود مورد تایید ترکان هستش.

Post | Gunaz article social
Cahandar

2020-06-06

Ölün Gücünüz Heykələ Çatar.

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-31

توجه کنیم مازندرانی ها یا بهتر بگم شمالی ها 60درصد پان ایرانیست های معاصر را تشکیل می دهند.حواسمان به این ها باشه این ها از فارس ها بیشتر فارس پرستی یا ایران (ویران) پرستی می کنند این شمالی های پان ایرانیست زهرشان از مامبای سیاه هم غلیظ تر است!

Post | Gunaz article social
Babek

2020-05-30

فرید سرهنگی، چه ربطی به این خبر داشت فرمایش شما؟

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04

gun az article

GünazTV July.03.2020-QADINCA: Coronavirusla mübarizədə hansı dövlətlər uğur qazana bilər.

2020-07-03

gun az article

GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03

gun az article

Maku şəhərində irqçiliyi əks etdirən Firdovsi heykəli qaldırılıb+ VİDEO

2020-07-03

gun az article

Həmədanda ağır yol qəzası baş verib

2020-07-03

gun az article

Qərbi Azərbaycanda  468 nəfər koronavirusdan ölüb

2020-07-03

gun az article

Urmiya gölündə suyun səviyyəsi düşüb

2020-07-03

gun az article

Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb

2020-07-03

gun az article

GünazTV July.02.2020-Sözümüz: Babək Qalası

2020-07-02

gun az article

GünazTV July.02.2020- Düşünməyə Çağrı: Milli Siyasi Elit Problemimiz

2020-07-02

gun az article

Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2020-07-02

gun az article

GünazTV July.01.2020: İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

2020-07-02

gun az article

Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində

2020-07-02

gun az article

Ərdəbildə taksilərin gediş haqqı bahalaşıb

2020-07-02

gun az article

Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər

2020-07-02

gun az article

Ərdəbildə yol qəzası: 2 nəfər həyatını itirib

2020-07-02

gun az article

Güney azərbaycanlı fəal Məhəmməd Xakpura bəraət verilib

2020-07-02

gun az article

GünazTV July.01.2020: İranın məntəqədəki dağıdıcı siyasəti, İranın daxili siyasətinin faciələri.

2020-07-01

gun az article

İranın keçmiş mədəniyyət naziri Nizami Gəncəvini iranlı şair kimi təqdim edib

2020-07-01

gun az article

GünazTV July.01.2020: ABŞ mediasının Parçin raket qurğusundakı partlayışa reaksiyası

2020-07-01