İranın Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq aksiya keçiriləcək – Cenevrədə

İranın Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq aksiya keçiriləcək – Cenevrədə

GünAz TV: Azərbaycanlı fəallar İranın Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) binası qarşısında aksiya keçirəcəklər.

 

Etiraz aksiyası, azlıqlara mənsub gənclərin inkişafına zəmin yaratmaq və onlara təlim keçmək mövzusunda BMT-də keçiriləcək milli azlıqlar forumu zamanı baş tutacaq. Artıq azərbaycanlı insan haqları fəalları aksiyanın keçirilməsi üçün İsveçrə hökumətindən rəsmi icazə də alıblar. Aksiya dekabrın 1-i saat 13:00-dan 14:30-dək Cenevrədə BMT-nin binası önündə keçiriləcək.

 

Avropada yaşayan bütün azərbaycanlı fəallar və insan haqları müdafiəçiləri aksiyaya qatılmağa dəvət olunur.

 

Aksiyada Urmu gölünü qurutmaq, ana dildə təhsillə bağlı konstitusiya maddələrini icra etməmək, azərbaycanlı mədəni fəallara təzyiq etmək və s. kimi ayrı-seçkilik siyasətlərinə görə İran rejiminə etiraz ediləcək.

 

Ərk Cəmiyyəti, Azərbaycanda İnsan Haqlarının Müdafiəsi və Güney Cəmiyəti, Azərbaycan əhalisinin demokratik tələblərinin müdafiəsi üçün hər kəsi dinc aksiyaya qatılmağa dəvət edir.

 

Türkmənsəhra İnsan Haqları Müdafiəçiləri və Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi Cenevrədə keçiriləcək aksiyaya dəstək veriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN