İranın velosiped üzrə azərbaycanlı çempionu avtomobil qəzasında öldü

İranın velosiped üzrə azərbaycanlı çempionu avtomobil qəzasında öldü

GünAz TV: Ərdəbildə İranın velosiped üzrə azərbaycanlı çempionu Zeynəb Sasaniyan avtomobil qəzasında ölüb.

 

Hadisə iyulun 24-ü səhər saatlarında baş verib.

 

Məlumata görə, Ərdəbilin universitet xiyabanında bir avtomobil ağaca çırpılıb, qəza nəticəsində Z.Sasaniyan hadisə yerində ölüb, onun qohumlarından biri isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Z.Sasaniyan velosiped üzrə İranın milli yığma komandasının üzvüdür, o ölkə çempionatınının bürünc medalını qazanıb.

 

Ötən ay da Ərdəbilin Şohəda xiyabanında bir avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər həlak olmuşdur.

 

Güney Azərbaycanda baş verən avtomobil qəzalarının əsas səbəbi, maşınların keyfiyyətsizliyi və yolların qeyri-standart vəziyyətdə olmasıdır.

 

Bundan öncə İran parlamentinin ictimai komissiyasının rəisi “keyfiyyətsiz avtomobilləri” yol qəzalarının əsas səbəbi kimi göstərmişdir. “Daxili istehsal sahəsindəki monopoliya (inhisar) və xarici avtomobillərə qoyulan yüksək gömrük rüsumları, əhalini “Prayd” kimi keyfiyyətsiz maşınlardan istifadə etməyə məcbur edir”- deyə komissiya rəisi bildirmişdir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN