İranlı millət vəkili türkləri ağır təhqir edib / Urmiyənin millət vəkili sərt reaksiya verib...

2017-04-26 09:21

GünAz TV: Türk milləti İran rəsmiləri tərəfindən növbəti dəfə  təhqir edilib.

 

Məlumata görə, Somesəranın İran parlamentindəki millət vəkili və Məclisin İqtisadi Komissiyasının sözcüsü Kazım Delxoş, Bazirqan Gömrüyünə baxış keçirmək məqsədi ilə Güney Azərbaycanın Makı şəhərinə səfər edib. O səfər çərçivəsində keçirdiyi görüşlər zamanı türklərə qarşı  təhqirə yol verib. Millət vəkilinin çıxışı onun Teleqram kanalında video şəkilində yayılıb. O “bunlar türkdür, heç nə anlamazlar!” ifadəsini işlədərək türkləri təhqir etməyə çalışıb. Video qısa müddət sonra Teleqram kanalından götürülüb.

 

Kazım Delxoş bundan öncə Güney Azərbaycan Qəzvin şəhərinin əhalisini də təhqir etmişdir. Onun bu əməli sərt reaksiya və etirazlara səbəb olmuşdur.

 

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri isə türklərin təhqir edilməsi faktına sərt reaksiya verərək Kazım Delxoşun üzr istəməsini tələb edib.

 

“Bu, tüqrklərə qarşı açıq-aşkar təhqirdir, zarafat kimi olsa belə, yenə də qəbuledilməzdir. “Bunlar türkdür, heç nə anlamazlar” ifadəsi istənilən halda təhqirdir, ona görə də Somesəranın millət vəkili dərhal üzr istəməlidir”- deyə Hadi Bahaduri vurğulayıb.

 

Urmiyənin millət vəkili Teleqram kanalında videonun yayılmasından ciddi narahatlığını dilə gətirib. “Təhqiramiz ifadənin olduğu videonun sosial şəbəkədə yayılması məsələni daha da qəlizləşdirib. Bu, təhqir məsələsi üzərindən qəbahəti götürmək məqsədi güdüb”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, İranda türk millətinin təhqir olunması ilk dəfə deyil. Türklərin kütləvi informasiya vasitələri, rəsmi şəxslər və televiziyalarda kobud şəkildə təhqir edilməsi dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub, etiraz aksiyalarında onlarla insan öldürülüb, çox sayda etirazçı həbs olunub.

 

N.S 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03