İranlı nazir “Çaypara”nın adını təhrif etdi – Sənədin təsviri

İranlı nazir “Çaypara”nın adını təhrif etdi – Sənədin təsviri

GünAz TV: İranda türkcə coğrafi adların dəyişdirilərək farscaya çevrilməsi prosesi səngimək bilmir.

 

Son məlumata görə, İranın müdafiə naziri General Əmir Hatəmi Xoy və Çayparanın İran parlamentindəki millət vəkili Seyid Tağı Kəbiriyə yazdığı məktubda Çaypara sözünün yerinə “Çahar Bəhare” ifadəsindən istifadə edib. Ölkə nazirinin rəsmi məktubda belə bir təhrifə yol verməsi, Azərbaycan türk millətinin milli kimliyi və tarixinə qarşı asimilasyon siyasətinin var gücü ilə davam etməsinə işarədir.

 

Bundan öncə Soyuqbulaq (Mahabad) şəhərinin kürd millət vəkili ölkə prezidenti Həsən Ruhanidən “Göytəpə”nin adının kürdcəyə dəyişdirilməsini tələb etmişdir. Şübhəsiz ki, belə tələblər kürd terror qruplaşmalarının uzun müddətdir bölgənin kürdləşdirilməsinə çalışdıqları plana uyğun olaraq irəli sürülür.

 

Çaypara məntəqəsi Qərbi Azərbaycan Əyalətində Xoy və Makı şəhərlərinin arasında yerləşir. Mərkəzi Qərəzyaləddin şəhəri olan Çayparanın 70 kənd və qəsəbəsi var. İran Statistika Mərkəzinin iki il öncə keçirdiyi siyahıyaalmaya görə, Çayparanın Azərbaycan türklərindən ibarət 50 min nəfər əhalisi var. Bölgədəki bütün kəndlərin suyu Ağçay adlı çaydan təmin olunduğu üçün, Çaypara sözünün həmin çay adı ilə əlaqədar olduğu ehtimal olunur.

 

Sənədin təsviri:

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN