“İranşəhri” adı altında irqçilik düşüncəsi pislənilməlidir– Təbrizin millət vəkili

“İranşəhri” adı altında irqçilik düşüncəsi pislənilməlidir– Təbrizin millət vəkili

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Güney Azərbaycanda manqurt bir insan kimi tanınan Cavad Təbatəbayinin irqçi “İranşəhri” teoriyasını kəskin tənqid edərək qeyri-fars millətlərinin kimlik və mədəniyyətinin qorunub saxlanılmasının vacib ilduğunu bildirib.

 

“Nəsr” agentliyinin yaydığı məlumata görə, Əhməd Əlirzabeygi “İranşəhri” adı altında yayılan irqçilik düşüncəsini pisləyib.

“Ölkədə illərdir ki, “İranşəhri” düşüncəsi adı ilə sətiraltı bir cərəyan fəaliyyətə başlayıb. Cavad Təbatəbayinin teoriyasından irəli gələn faşizm və irqçi düşüncə radikal və “pan” olmaq bəhanəsi ilə qövmlərin adət-ənənə və mədəniyyətinin yayılmasına imkan vermir. Bu istiqamətdə atılan istənilən addım İranı məhv etməkdə ittiham olunur.

“Atabay” filmi barəsində bir jurnalistin nalayiq sözləri “İranşəhri” düşüncəsinin məhsullarından biridir.

Şübhəsiz ki, istənilən halda “pan” olmaq yanlışdır. Paniranizm və pantürkizm bir qayçının iki tərəfidir.

Biz doğma qövmə olan bağlılığımız, təmiz hissiiyat və duyğularımızın şüşəsini paniranizm və ya “İranşəhri” düşüncəsinin natəmiz dəsmalı ilə kirlətməməliyik.”- deyə azərbaycanlı millət vəkili bildirib.

 

O sözlərinin davamında 2016-cı ilin noyabr ayında Təbriz-Məşhəd qatarının keçirdiyi qəza və hadisə zamanı ölən Azərbaycan türklərinə qarşı irqçi münasibəti xatırladıb.

“O zaman Yol və Şəhərsalma naziri Abbas Axundi idi. Nazir 49 nəfərin ölümü ilə bağlı onların ailəsinə təsəlli vermək yerinə həlak olanların siğortasından söz açdı. Onun sözləri “İranşəhri” düşüncəsindən irəli gəlir. indi isə o həmin düşüncəni yaymaq məqsədi ilə univesitetlərdə çıxış edir.

Nazirin bu hərəkəti İran və Azərbaycan əhalisinin yaddaşından silinməyəcək.

Mənim səylərimin nəticəsində Abbas Axundi qatar qəzasının əsas səbəbkarı və müttəhimi kimi elan olundu. Lakin təkcə nazir deyil, Səri ul-qələm kimi şəxslər də “İranşəhri” düşüncəsi ilə yaşayır. Onlar hələ də rəsmi vəzifələrdə təmsil olunur.”- deyə Əhməd Əlirzabeygi əlavə edib.

 

Qeyd edək ki, millət vəkilinin dediyi kimi, “İranşəhri” düşüncəsi Azərbaycan türkləri arasında manqurt insan kimi tanınan Cavad Təbatəbayinin sözdə teoriyasıdır. Bu fikir panfarsizm və paniranizmdən başqa İranda bütün ictimai-siyasi cərəyanları rədd edir. Azərbaycan əhalisi “İranşəhri” teoriyası və onu var gücü ilə müdafiə edən Cavad Təbatəbayiyə qarşı olduğunu hər bir fürsətdə nümayiş etdirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN