İraqlı oyunçu Kərrar Casim “Traxutr”dan ayrıldı

İraqlı oyunçu Kərrar Casim “Traxutr”dan ayrıldı

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu bir çox problemlərlə üz-üzə qalıb.

 

Məlumata görə, “Traxtur”un güclü iraqlı oyunçusu Kərrar Casim komandadan ayrılaraq Abadanın “Neft” takımına qoşulub. Bundan öncə isə digər xarici oyunçu braziliyalı Lusiano Edinho komandadan ayrılaraq öz vətəninə dönüb. Bununla da Azərbaycan komandası iki güclü oyunçusunu itirib.

 

Artıq Alişah, Nurullahi, Bengər və Beygzadə kimi oyunçuları “Traxtur”u tərk edib. Səid Ağayi və Xalid Şəfii də komandadan ayrılmaq üzrədir. Fərzad Hatəmi və Məhəmməd Nuri ilə bağlanılan müqavilənin isə vaxtı tükənib.

 

Bütün bunlar Təbriz klubunu bir çox problemlə üz-üzə qoyub. “Traxtur” rejimin məqsədyönlü şəkildə yaratdığı problemlərdən dolayı ötən super liqa yarışlarında öncül bir komanda olmasına rəğmən yarışların son həftələrində uğurlu çıxış edə bilmədi və çempionluğu itirdi. Növbəti super liqa yarışlarında isə vəziyyət daha da gərgin ola bilər. Buna səbəb FİFA-nın çıxardığı qərara əsasən klubun yeni oyunçu transfer edə bilməməsidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN