İslahatçıların xəyanəti nəticə verdi: Qərbi Azərbaycanın yeni valisi kürd oldu

İslahatçıların xəyanəti nəticə verdi: Qərbi Azərbaycanın yeni valisi kürd oldu

GünAz TV: İranın Daxili İşlər Nazirliyi Qərbi Azərbaycanın vali postuna bir kürdü təyin edib.

 

Daxili İşlər Nazirliyi tərəfindən bu gün yayılan məlumata görə, Məhəmməd Mehdi Şəhriyarizadə Qərbi Azərbaycana vali təyin edilib.

 

Nazirlik yerli əhali və azərbaycanlı millət vəkillərinin bütün etirazlarına baxmayaraq belə bir qərar qəbul edib.

 

M.M.Şəhriyarizadə Şimali Xorasanda Bocnurdun Qurmanç kürdlərindəndir. O əslən Şimali Xorasan Əyalətinin Aşxana şəhərindən olub.

 

M.M.Şəhriyarizadə islahatçıdır, o 8-ci parlamentdə Bocnurd şəhərinin millət vəkili olub. 9-cu parlament seçkilərində isə onun səlahiyyəti Nəzarət Şurası tərəfindən rədd edilib.

 

M.M.Şəhriyarizadənin Daxili İşlər naziri Əbdulrza Rəhmani Fəzlinin yaxın dostu olduğu bildirilir.

 

Daxili İşlər Nazirliyi ötən ay ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək istəyirdi, lakin bu, yerli əhali və azərbaycanlı millət vəkilərinin kəskin etirazı nəticəsində mümkün olmamışdır.

 

İslahatçı millət vəkilləri və kürdçülük cərəyanlarının tərəfdarları Qərbi Azərbaycanın vali postuna bir kürdün təyin edilməsi ilə bağlı çoxlu canfəşanlıq göstərdilər. Bu istiqamətdə ən çox, radikal kürdlərlə eyni mövqedə olan  Salmasın millət vəkili Şəhruz Bərzgər, həmçinin Bukan, Mahabad, Piranşəhr və Sulduzun kürd millət vəkilləri cəhd göstəriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN