“İstiqlal” komandası “Maşınsazi”nin qarşısında məğlub oldu / "Urmiyə 90"nin tərəfdarları Azərbaycan əleyhdarı olan valiyə qarşı şüar səsləndirib - VİDEO

“İstiqlal” komandası “Maşınsazi”nin qarşısında məğlub oldu /

GünAz TV: İranda futbol klublarının 19-cu super liqa yarışlarının birinci həftəsində Təbrizin “Maşınsazi” klubu Tehranın “İstiqlal” komandasını qəbul edib.

Cümə günü Təbrizin “Bonyan dizel” stadionunda keçirilən görüş 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

“Maşınsazi”yə qələbə qazandıran qol oyunun 94-cü dəqiqəsində Ətabək Zarei tərəfindən vurulub.

“Maşınsazi”nin qələbəsindən bir gün əvvəl isə Azərbaycanın “Urmiyə 90” komandası Rəştin “Sepid rud” komandasını 1:0 hesabı ilə məğlub etmişdir.

İran çempionatının I dəstəsinin oyunları çərçivəsində keçirilən görüş Urmiyənin Təxti stadionunda baş tutub.

“Urmiya 90”-“Sepid rud” oyununda Qərbi Azərbaycanın yerli olmayan kürddilli valisi Məhəmməd Mehdi Şəhriyari və Urmiyənin bələdiyyə başçısı Məhəmməd Həzrətpur da tamaşaçı qismində iştirak edib. Stadionda “Urmiyə 90” tərəfdarları dəfələrlə “Azərbaycan var olsun – Vali işindən azad olsun” şüarı səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=7&v=dtjpwvO5_HA


Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Məhəmməd Mehdi Şəhriyari hər zaman Azərbaycana qarşı sərgilədiyi mövqeylə seçilib, o sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.


Kürdlərə məxsus “Sərdar Bukan” komandasına külli məbləğdə pul yardım edən Məhəmməd Mehdi Şəhriyari “Urmiyə 90” komandasına qarşı çıxış edir. O ötən il “Fars” xəbər agentliyinə bildirmişdir ki, “Urmiyə 90”-nin problem bizi maraqlandırmır. Ona görə ki, bu komanda Valiliklə koordinasiya edilmədən bu şəhərə gətirilib.


“Urmiyə 90” klubu ötən il Təbriz şəhərindən Urmiyəyə hədiyyə olunub. İran çempionatının I dəstəsinin oyunlarında çıxış edən komandanın adı Təbrizdə olarkən “Qostəreş Fulad” olub, komanda Urmiyəyə intiqal edildikdən sonra “Urmiyə 90” adlandırılıb.



N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN