“Kimə niyyət kimə qismət” komediya tamaşası Urmiyədə səhnələşdiriləcək

“Kimə niyyət kimə qismət” komediya tamaşası Urmiyədə səhnələşdiriləcək

GünAz TV: Urmiyə şəhərində Azərbaycan türkcəsində “Kimə niyyət kimə qismət” komediya tamaşası nümayiş etdiriləcək.

 

Tamaşa dekabrın 11-dən 17-dək hər gün saat 17:00-da Apadana dördyolunda yerləşən Müctəme-i Fərhənginin salonunda səhnələşdiriləcək.

 

Türk dilində hazırlanmış əsərin müəllifi və yönətməni Rza Xofidir.

 

Əlirza Tağınejad, Məsumə Gözəli, Hüseyn Həmidi, Zahid Feyzi, Əzhar Müslimpur və Möhsün Əlinejad komediya tamaşasının aktyorlarıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN