Kürd terror qruplaşmalarını təbliğ etmək məqsədi ilə “Eyşa” tamaşası səhnəyə çıxarılıb – Urmiyədə

Kürd terror qruplaşmalarını təbliğ etmək məqsədi ilə “Eyşa” tamaşası səhnəyə çıxarılıb – Urmiyədə

GünAz TV: Şənbə günü Urmiyə şəhərində PKK və “Pejak” kimi terror qruplaşmalarının ideyasını təbliğ etmək məqsədi ilə “Eyşa” adlı tamaşa səhnəyə çıxarılıb.

 

“Eyşa” İraqda İŞİD terror təşkilatına əsir düşən bir yezidi kürd qızıdır. Sözdə İŞİD-ə qarşı olan tamaşada dolayısı yolla kürd terror qruplaşmalarının ideyaları təbliğ olunur.

 

Teatr salonunda radikal kürdlər və vaxtı ilə PKK və “Pejak”la yaxından əməkdaşlıq edən, hətta bununla bağlı siyasi dosyesi olan şəxslər də gözə dəyib.

 

 

Bundan öncə isə Urmiyədə PKK qruplaşması “Dərviş Udi” adlı tamaşa vasitəsi ilə təbliğ olunub. Bu məsələ PKK və “Pejak” tərəfindən törədilən terror aktlarında ölənlərin yaxınlarının ciddi narahatlığına səbəb olmuşdur.

 

Dərviş Udi, PKK lideri Abdullah Öcalanın terror fəaliyyəti ilə bağlı tezislərindən istifadə etdiyi şəxsdir. Terrorist başı hətta öz kitablarında dəfələrlə Dərviş Udinin adını çəkib.

 

“Eyşa” tamaşası o halda səhnəyə çıxarılıb ki, noyabrın 3-də Türkiyə ilə sərhəddə yerləşən Güney Azərbaycanın Çaldıran şəhərində “Pejak” terrorçuları 8 sərhədçinin olduğu avtomobilə silahlı hücum edərək onları qətlə yetiriblər. Şəhidlərin 7-ı Azərbaycan, biri isə Türkmən türklərindən olub.

 

Ötən aylarda Qərbi Azərbaycanın müxtəlif məntəqələrində “Pejak” və Kürdistan Demokrat Partiyası tərəfindən bir neçə terror aktı törədilib, nəticədə onlarla azərbaycanlı əsgər və dinc sakin həyatı itirib vəya müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Güney Azərbaycanın qərb bölgəsinə göz tikən terror qruplaşmaları bütün bunları bölgəni kürdləşdirmək məqsədi ilə həyata keçirir. Bölgənin kürdləşdirilməsi planı İran rejiminin mövqeyi ilə üs-üstə düşdüyünə görə, kürd qruplaşmalarının bölgədə fəaliyyəti günü-gündən artır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN