Kürd terror təşkilatlarına dəstək göstərən “Amadnews” saytı türkləri ağır sözlərlə təhqir edib- FOTO

Kürd terror təşkilatlarına dəstək göstərən “Amadnews” saytı türkləri ağır sözlərlə təhqir edib- FOTO

GünAz TV: İranın “Amadnews” xəbər saytı kürd terror qruplaşmalarına dəstəyini nümayiş etdirən yazısında türklərə qarşı ağır təhqiramiz ifadələr işlədib.

 

Türkiyə ordusunun Suriyanın şimalında “Sülh Çeşməsi” adı altında başlatdığı anti-terror əməliyyatından sonra “Amadnews” İran daxilində və xaricində fəaliyyət göstərən bir çox farsdilli media orqanları ilə birlikdə kürd terror təşkilatlarının rəsmi tribunasına çevrilib.

 

Ötən gün sözügedən faşist media orqanı dərc etdiyi xəbərdə türkiyəli müftilərdən birinin çıxışına qarşı təhqiramiz ifadələr işlədib və İranda yaşayan 40 milyon türkün heysiyyatı və hisslərini nəzərə almadan, hayasızcasına həmin müftininin sözlərini “iki ayaqlı türk heyvanının davranışı” adlandırıb.

 

Həmin çıxışda müfti Türkiyə ordusuna “terroristlərə rəhm etməyin!” deyə xitab edir. Lakin “Amadnews” qeyri-əxlaqı və qeyri-professional davranmaqla, müftinin sözlərini “kürdlərə rəhm etməyin!” kimi təhrif edərək, dərc edib.

 

Digər xəbərdə isə sayt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib. Prezidentin fotosunu arsızlıqla DAİŞ terrorçuları formasında dizayn edən sayt Türkiyənin müqəddəs bayrağında olan ayparanı çıxarıb, yerinə siçan təsviri yerləşdirib.

 

 

Bu gün də Türkiyə və onun prezidentinə qarşı təhqiramiz xəbərlər yayınlayan qeyd edilən paniranist sayt öz oxucularından axşam Twitter sosial şəbəkəsində bu ölkəyə qarşı postlar paylaşmağı istəyib.

 

Terroristləri dəstəkləyən “Amadnews” saytı ötən günlər ərzində yüzlərlə məqsədli və təhrif olunmuş xəbərlər dərc etməklə, eləcə də Türkiyənin anti-terror əməliyyatı ilə bağlı məlumatları təhrif etmək və qeyri-real postlar yayınlamaqla, İranda fars və kürdləri türklərə qarşı ayağa qaldırmağa çalışır.

 

Sözügedən faşist saytın kürd terror qruplaşmalarına göstərdiyi açıq-aşkar dəstək son 2 il ərzində Güney Azərbaycan türklərini öz tərəfdarına çevirmək istiqamətində göstərdiyi təlaşların bir daha nəticəsiz qalmasına, eləcə də güney azərbaycanlıların qəzəbinə səbəb olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN