Lhotse zirvəsini fəth etmək istəyən güney azərbaycanlı dağçıdan son xəbər

Lhotse zirvəsini fəth etmək istəyən güney azərbaycanlı dağçıdan son xəbər

GünAz TV: Lhotse zirvəsini fəth etmək istəyən güney azərbaycanlı tanınmış dağçı Əzim Qeyçisaz haqda yeni xəbər yayılıb.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Ə.Qeyçisaz səkkiz minliklər klubuna qoşulmaq üçün sonuncu zirvə yəni Lhotse zirvəsini fəth etmək üzrədir.

 

“Hazırda Everest və Lhotsenin əsas düşərgəsindəyik, biz hava şəraitinin yaxşılaşmasını gözləyirik. İkinci mərhələnin üstündəm artıq iki gün keçir. Biz bu mərhələdə 7700 metr hündürlüyə yəni 3-cü düşərgəyə qədər çıxdıq. Orada iki gecə qaldıqdan sonra yenidən əsas düşərgəyə qayıtdıq”- deyə Ə.Qeyçisaz bildirib.

 

Tanınmış idmançı hava şəraitinin çox da əlverişli olmadığını qeyd edib. “Təxminən hər gün yağış yağır. Gələcək günlərdə də yağışlar gözlənilir. Biz hava şəraiti yaxşılaşınca yolumuzu davam etdirəcəyik. Yağıntılar zamanı uçqun təhlükəsi və başqa hadisələr səbəbindən hündürlüklərdə qalmaq mümkün olmur, ona görə də biz əsas düşərgəyə qayıtdıq. Hava şəraiti imkan verincə son mərhələyə başlayacayıq”- deyə o əlavə edib.

 

Ə.Qeyçisaz Lhotse zirvəsini fəth edərsə dünya üzrə 15 rekord sahibindən biri olacaq. O artıq oksigen balonu olmadan Lhotse zirvəsindən başqa digər 13 zirvəni fəth edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN