Makı-Bazirqan caddəsinin adı dəyişdirilərək Haşimi Rəfsəncani caddəsi adlandırıldı

Makı-Bazirqan caddəsinin adı dəyişdirilərək Haşimi Rəfsəncani caddəsi adlandırıldı

GünAz TV: Güney Azərbaycanda rejim tərəfindən coğrafi adların dəyişdirilməsi prosesi davam etdirilir.

 

Son məlumata görə, Qərbi Azərbaycan vilayətində yerləşən Makı-Bazirqan caddəsinin adı dəyişdirilərək Haşimi Rəfsəncani caddəsi adlandırılıb. Türkiyə sərhəddinə yaxın caddənin adının dəyişdirilməsi hərçənd ki, köhnə planın təkib hissəsidir, lakin bölgə əhalisi üçün gözlənilməz olub. Ona görə ki, Kirman şəhərindəki bir xiyabandan başqa hələlik heç bir şəhər, hətta paytaxt Tehranda hərhansı küçə və ya xiyabanın adını dəyişdirib Haşimi Rəfsəncani adlandırmaqla bağlı heç bir plan yoxdur və bu barədə hərhansı bir layihə də hazırlanmayıb. 

 

Qeyd edək ki, İranda qeyri-fars millətləri, xüsusi ilə də türklərin milli kimliyini unutdurmaq istiqamətində başlayan siyasət Pəhləvi hakimiyyəti tərəfindən başladılıb və bu siyasət hələ də davam etdirilir. Güney Azərbaycanda uzun müddətdir çox sayda coğrafi ad dəyişdirilib və artıq hərhansı şəhər, kənd, küçə və xiyabanı türkcə adlandırmaq prosesi təmami ilə dayandırılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN