Marağada iş yerində baş verən qəzada bir nəfər həlak olub

Marağada iş yerində baş verən qəzada bir nəfər həlak olub

GünAz TV: Güney Azərbaycanda iş yerlərində baş verən qəzalarda ölən fəhlələrin sayı günü-gündən artır.

 

Son məlumata görə, Marağa şəhərində bir fəhlə tikilməkdə olan bir binadan yıxılaraq həyatını itirib.

 

Bu barədə Marağa Şəhər Polis İdarəsinin rəisi Rza Aslanifər mətbuata məlumat verib.

“Marağa şəhərinin məhəllələrinin birində inşaat işində bədbəxt hadisə baş verib. Fəhlənin tikilməkdə olan binadan yıxıldığı barədə xəbər aldıqdan sonra, dərhal hadisə yerinə yardım qrupları göndərilib. Yüksəklikdən yıxılan fəhlə xəstəxanaya çatdırsa da onun həyatını qurtarmaq mümkün olmayıb.”- deyə o bildirib.

 

Cəsədin daha çox araşdırma aparılması üçün Tibbi Ekspertizaya göndərildiyini deyən Polis rəisi qəzada ölən fəhlənin 36 yaşlı olduğunu bildirib.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir.

 

N.S  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN