Marağada taksilərin üçdə biri yenilənməlidir

Marağada taksilərin üçdə biri yenilənməlidir

GünAz TV : Güney Azərbaycanın Marağa şəhərində taksi xidməti göstərən avtomobillərin üçdə biri köhnədir.

 

Bu barədə Marağa Şəhər İcra Hakimiyyəti başçısı Zəfər Məhəmmədi taksi problemləri mövzusunda keçirilən iclasda danışıb.

 

“Marağa şəhərində taksi xidməti göstərən avtomobillərin təxminən 450-i, yəni üçdə biri köhnədir. Onlar 10 ildən çoxdur taksi xidməti ilə məğul olduqları üçün artıq yararsız vəziyyətdədir, ona görə də mütləq yenilənməlidilər”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyəti başçısı taksi probleminin həll olunmamasında bankları günahlandırıb. “Marağada lazımsız qanunlar taksi probleminin həll olunmasına maneçilik yaradır. Cari ildə yalnız 49 taksi yenisi ilə dəyişdirilib. Banklar kredit vermək üçün hökumət işində çalışan məmur zamin tələb edirlər. Taksiçilər isə belə şəraitə malik olan zamin tapa bilmir, nəticədə onlara kredit verilmir. Təbii ki, bu vəziyyətdə köhnə taksiləri yeniləşdirmək mümkün deyil”- o əlavə edib.

 

Qeyd edək ki, Marağada hər gün 1300 taksinin 120 min sərnişinə xidmət göstərdiyi bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN