Marağada tanınmış azərbaycanlı şair ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib - GÖRÜNTÜ

2017-11-24 14:20

GünAz TV: Noyabrın 23-də Güney Azərbaycanın Marağa şəhərinin Beheşti salonunda görkəmli şair, yazıçı və ədəbiyyatçı ustad Heydər Abbasinin yaradıcılıq gecəsi keçirilib.

 

Çox sayda mədəniyyət və incəsənət xadiminin qatıldığı mərasimdə görkəmli şairin müxtəlif sahələrdəki 50 illik fəaliyyəti təqdir olunub.

 

 

Mərasimdə Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Məhəmmədrza Müqəddəsi və Vədud Dusti çıxış edərək ustad Barışmazın həyat və yaradıcılıq fəaliyyəti barədə danışıb və şeirlər oxuyublar.

 

Mərasim zamanı ustadın incəsənət, ədəbiyyat, xəttatlıq, rəssamlıq və oyma sənəti haqda olan qiymətli əsərlərinin sərgisi də təşkil olunub.

 

 

Heydər Abbasi 1943-cü ildə (hicri şəmsi təqvimi ilə 1322-ci il) Güney Azərbaycanın Marağa şəhərində doğulub. İbtidai təhsilini doğulduğu şəhərdə alan şair, ingilis dili ixtisası üzrə ali təhsil alıb.

 

Heykəltəraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox türk dilində yazıb-yaradan şair 40-dan çox dəyərli əsərin müəllifidir. Nəhcül-Bəlağənin təfsiri və türkcə tərcüməsi, Dartılmış dənələr, Çağırılmamış qonaqlar, Səs və divarlar və s. onun qiymətli əsərləri sırasındadır.

 

 

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02