Mehdi Dustdar çətəçilərin çirkin oyunlarını qınadı

Mehdi Dustdar çətəçilərin çirkin oyunlarını qınadı

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bildiriş yayıb. 

 

“Dirəniş adını özlərinə verənlər xalqın səsi olmaq yerinə xalqın səsini (GünAz TV) kəsməyə çalışır. Görünür ki, onlar Milli Hərəkatın qarşısında dirəniş göstərərcəklər.

 

Dirəniş adlanan çətə, ömrünü millət və özgürlük yolunda fəda etmiş qəhrəmanlarımızı hədəfə alıb. Onlar iki il öncə Urmiyə seçkilərində əhalini yalnış istiqamətə yönəltmək istəyirdilər, milli fəalları isə təxribata məruz qoyurdular.

 

Onlar hər zaman öz milli mənafelərini üstün tutublar. Amma unudublar ki, Milli Hərəkat bir çay kimidir, daş atmaqla onu durdurmaq olmaz.

 

Mən Milli Hərəkata qəlbən bağlı olan bir fəal kimi, Dirəniş çətəsinin çirkin əməllərini qınayıram”- deyə bildirişdə qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN