Məhəmməd Zarei Qaradağlı Dirəniş çətəçilərinin təxribatını qınayıb

Məhəmməd Zarei Qaradağlı Dirəniş çətəçilərinin təxribatını qınayıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Zarei Qaradağlı “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bildiriş yayıb. 

 

“Son zamanlar Azərbaycan Milli Hərəkatında təsiredici rola malik olan tanınmış milli fəallara qarşı təxribat planı işə düşüb, artıq təxribatçılar sədaqətli fəallar tərəfindən üzə də çıxarılıb. Təbii ki, bu planın oyunçuları, hər şey üzə çıxdıqdan sonra passiv mövqe sərgiləmə başlayıb və ictimai rəyə təsir etmək üçün özlərini məzlum göstərirlər.

 

Onların taktikası Ettelaat İdarəsinin taktikası ilə eyndir: Təxribat və şantaj.

 

Şebhəsiz ki, təxribat və şantajlar gizli planları anlayıb və ifşa edənlərə qarşı yönəlir.

 

Mən Ettelaat İdarəsinin oyunları ilə eyni olan təxribat və şantajları qınayır, bunu Milli Hərəkata bir paralel cərəyan kimi görürəm.

 

Dirəniş adlanan təşkilat etdiyi çirkin işlərin bədəlini özü ödəməli və öz əməllərinə cavabdeh olmalıdır.

 

Hesab edirəm ki, milli mənafei şəxsi mənafedən üstün tutan sədaqətli fəallar bu oyunları ifşa edib, qarşısında  dayanmalıdılar”- deyə bildirişdə qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN