Məhsa Mehdili: İranda səsvermə haqqı hamıya verilir, amma seçilmə haqqı... – Müsahibə / AUDİO

2017-04-04 12:58

GünAz TV: Məhsa Mehdili İranda seçkilər və siyasi rejimin mahiyyətinə əsasən yerli əhalinin iradəsinin sərgilənməsinə imkan verilmədiyini, ancaq seçkilər zamanı yaranan nisbi açıq atmosferdən istifadə etməyin faydalı olacağını deyir. “Amerikanın Səsi”nə danışan milli fəal may ayının 19-da prezident seçkiləri ilə birgə keçirilən İslami Şəhər Şuraları seçkiləri ilə bağlı türk fəalları və milli hərəkatın bu xüsusda mövqeyini dəyərləndirib.

 

Millətin söz deyə bilməsi üçün bəzi kanallar yaradılmalıdır. Sadəcə səs vermək üçün deyil, millətin iradəsinin əks olunmasına da zəmin hazırlanmalıdır...Amma, İranda nə seçimin mahiyyəti nə də o proses, yerli xalqın iradəsinin sərgilənməsinə imkan vermir,” Məhsa Mehdili söyləyir.

 

Türk fəal İranda güc və sərvətin ədalətli paylaşılmadığını və Şəhər Şuraları kimi qurumların da bu xüsusda bir iş görə bilməyəcəyini deyir.

 

O, əlavə edir, “amma, əlbəttə ki seçilən Şura qrupu bölgənin məsələlərini yaxşı tanısa, xalqın məsələlərinə daha çox can yandırsa, heç olmasa mərkəzdən qeyri-bərabər şəkildə ayrılan o büdcənin [xərclənməsinə] nəzarət etməkdə ya bölgə xalqının problemlərini mərkəzə çatdırmaqda nisbi təsiri olacaqdır.”

 

Onun dediklərinə görə, “İran hakimiyyəti seçkilərə çox önəm verir. Çünki, dünyada özünə yaxşı imic yaratmaq üçün buna ehtiyacı var. Buna görə, həmişə xalqın çox iştirak etməsini istəyir. Yəni hamıya səsvermə haqqı verir amma seçilə bilmə haqqını hamıya vermir. Bilirik ki biri namizədliyinin qeydiyyata alınması üçün çətin proseslərdən keçməlidir.”

 

Məhsa Mehdili milli fəalların seçki kampaniyaları zamanı yaranan nisbi açıq atmosferdən istifadə edə biləcəklərini önə çəkir. “Məncə hər şeydən önəmli seçkilərə gedən zaman dilimində yaranan nisbi açıq atmosferdir,” deyə o söyləyir.

 

2016-cı ildə Təbriz başda olmaqla Şərqi Azərbaycan vilayətinin bir neçə şəhərində “rüşvət və korrupsiya dosyesi” adı altında bəzi Şura üzvləri habelə bələdiyyənin baş müdirləri nəzarət altına alındı. Mehdilinin söylədiklərinə görə, nəzarət altına alınma və məhkəmə prosesinin şəffaf olmadığı üçün bu mövzu ilə bağlı fikir bildirmək mümkün deyil.

 

O, Qərbi Azərbaycan vilayətində Şuraların müsbət fəaliyyətlər göstərdiyini düşündüyünü söyləyir.

 

 “Qərbi Azərbaycanda qeyri-türklər xüsusilə kürd cəmiyyəti və ya qeyri-şiə cəmiyyətlər də yaşayır. Orada elə insanlar seçilməli ki etnik ya məzhəb qrupları arasında qarşıdurma çıxarmaq üçün təbliğat aparanlara nərdivan olmasınlar. Hamını təmsil edən, başqa məsələlərə yol verməyən və orada yaşayan fərqli etnik qrupları təmsil edə bilənlər seçilsin. Bütün Azərbaycanlıları, istər kürdlər olsun istər türklər, hamısını təmsil edə bilən insanlar seçilsin. Kəsinliklə Qərbi Azərbaycanda torpaq iddiasında olan bəzi terror qruplarına zəmin hazırlayanlar seçilməməlidir,” deyə əslən Qərbi Azərbaycanın Salmas şəhərindən olan türk fəal əlavə edir.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

http://www.amerikaninsesi.org/a/3790575.html

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ankarada bir qrup milli fəal dəstək üçün Azərbaycan səfirliyinə müraciət edib

2020-07-16

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 600 nəfəri ötüb

2020-07-16

gun az article

İran təhlükəsizlik təşkilatları Azərbaycana dəstək mitinqinin qarşısını almaq məqsədilə azərbaycanlı fəalları təhdid edir

2020-07-16

gun az article

Şərqi Azərbaycanın 300 kəndində şagirdlər dəmir dərs otaqlarında təhsil alır

2020-07-16

gun az article

Təbrizdə sahibkarlar etiraz aksiyası keçirib

2020-07-16

gun az article

Güney azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmin məhkəməsi keçirilib

2020-07-16

gun az article

Güney azərbaycanlı deputat İran televiziyasının Qarabağı "erməni torpağı" adlandırmasına etiraz edib

2020-07-16

gun az article

GünazTV July.15.2020: Qalx ayağa Azərbaycan

2020-07-16

gun az article

GünazTV July.15.2020: Qalx ayağa Azərbaycan

2020-07-15

gun az article

GünazTV July.15.2020: Minlərlə yürüşçü müharibə tələbi ilə Bakıda küçələrə çıxıb

2020-07-15

gun az article

GünazTV July.15.2020: "Azərbaycan Xalqi Ayaqda"

2020-07-15

gun az article

Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi 

2020-07-15

gun az article

Güney Azərbaycanlı jurnalist Yavər Sultani  müvəqqəti azadlığa buraxılıb

2020-07-15

gun az article

Təbriz və Tehranda Azərbaycana dəstək məqsədilə mitinqə çağırış

2020-07-15

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-07-15

gun az article

Şərqi Azərbaycanda yol qəzaları 3 ayda 190 nəfərin canını alıb

2020-07-15

gun az article

“Azərbaycan Mədəniyyət Ocağı” Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-15

gun az article

GünazTV July.14.2020-Özümüz: Babilik və Bahayilik Qacar Dönəmində

2020-07-15

gun az article

GünazTV July.14.2020 -GÜNDƏM MASASI: Terrorist Ermənistan hakimiyyəti və onun Türk düşmənliyi siyasəti

2020-07-15

gun az article

Urmiyada taksi sürücüləri etiraz aksiyası keçirib

2020-07-14