Məktəbdə “Traxtur” köynəyi sifariş verən şagirdlərə millətçi damğası vurulub – Zəncan Əyalətində

Məktəbdə “Traxtur” köynəyi sifariş verən şagirdlərə millətçi damğası vurulub – Zəncan Əyalətində

GünAz TV: İran rejiminin Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarlarına qarşı təzyiqləri müxtəlif formalarda davam edir.

 

Məlumata görə, Zəncan Əyalətinin Qeydar şəhərində məktəblərdən birində bir qrup şagird “Traxtur” tərəfdarlarına məxsus olan 20 ədəd köynək sifariş veriblər. “Bayquş” saytından alınan köynəklər noyabrın 1-də məktəbə gətirilib, lakin məktəbin direktorunun A.B adlı müavini köynəkləri götürərək şagirdlərə təhvil verilməsinə imkan verməyib.

 

Müavin köynəkləri sifariş verən şagirdlərin adlarını qeyd edərək bu hərəkəti qövmçülük (millətçilik) adlandırıb. O şagirdləri Təhsil İdarəsinin təhlükəsizlik bölümü (Hərasət) və məhkəmə orqanlarına təhvil verməklə hədələyib.

 

İran rejimi Azərbaycan türk millətinin maddi və mənəvi inkişafına mane olmaq üçün əlindəki bütün imkanlardan istifadə edir. Bu, hətta idman sahəsi və mədəni tədbirlərə də şamil olur. 20 məktəblinin istədiyi futbol komandasına dəstək verməsinə mane olan rejimin Güney Azərbaycanla bağlı mövqeyini başa düşmək heç də çətin məsələ deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN