Mərənd və Culfada Şura Seçkilərinə Nəzarət Heyəti kütləvi şəkildə istefa verib

2017-05-09 14:43

GünAz TV: Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərində Şura Seçkilərinə Nəzarət Heyətinin üzvləri  kütləvi şəkildə istefa verib.

 

Bu barədə sözügedən heyətin üzvü, Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad məlumat verib.

 

“Şura Seçkilərinə Nəzarət Heyətinin üzvləri kütləvi şəkildə istefa verib. Buna səbəb qanunların riayət edilməməsi və qurumların bir-biri ilə əlaqəli şəkildə fəaliyyət etməməsidir. Onsuz da Vilayətin Şura Seçkilərinə Nəzarət Heyəti özbaşınalıq edir və bizimlə heç bir əlaqə saxlamır. Bu o deməkdir ki, bizim olub vəya olmamağımızın heç bir fərqi yoxdur. Namizədlərin səlahiyyətinin təsdiq edilib vəya edilməməsi yuxarıdan diktə olunur. Biz bunu görüncə qanunsuz işlərdə məsuliyyət daşımamaq üçün həmən istefa verdik. Kənd və Şəhərlərdə Şura Seçkilərinə Nəzarət Heyəti ilə Vilayətin Nəzarət Heyəti əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Biz həm namizədin səlahiyyətini təsdiq, həm də rədd edə bilərik. Vilayətin Nəzarət Heyəti isə verilən qərarlarla bağlı bizdən sual soruşmalı və sonra qərar verməlidir, lakin belə bir əlaqə yoxdur və Şəhər Şura Seçkilərinə Nəzarət Heyətinin verdiyi qərarlar keçərsiz vəziyyətdə olduğu üçün biz istefa verdik”- deyə o bildirib.

 

“Biz bir namizədin səlahiyyətinin rədd vəya təsdiqlənməsinin səbəbini soruşanda deyirlər ki, təzyiq altında olduğumuz üçün belə qərar verdik. Biz deyirik ki, filan namizədin məhkəmədə dosyesi var, ona necə səlahiyyət verilə bilər?! Bizə cavab verilir ki, o adam yatırımçı olduğu üçün, ona səlahiyyət verməyə məcbur olduq. Bütün bunlar qəbul edilməzdir”- deyə Məhəmməd Həsənnəjad əlavə edib.

 

Millət vəkili təssüf hissi ilə deyib: “Biz yardım etmək istədik, ama mümkün olmadı. Artıq bu işə görə axirətimizi sata bilmərik. Qoy bu işlərə özləri cavabdeh olsunlar”- deyə o vurğulayıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24

gun az article

Ərdəbildə uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya qarşı divarlara şüarlar yazılıb + GÖRÜNTÜ

2020-09-24

gun az article

İnsan hüquqları cəmiyyəti: Təhsildə qarşılaşdığınız ədalətsizlikləri paylaşın + VİDEO

2020-09-24

gun az article

Milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyulub

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranın korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerikanın İrana son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23