Meşginşəhrdə Şəhər Şurası seçkilərinin nəticəsi dəyişib

Meşginşəhrdə Şəhər Şurası seçkilərinin nəticəsi dəyişib

GünAz TV: Güney Azərbaycanın Meşginşəhr şəhərində  Şura seçkilərinin nəticəsi dəyişib.

 

Yerli mətbuat orqanı “Səfir-i Meşkin”nin yaydığı xəbərə əsasən, Meşginşəhrdə bəzi sandıqlardan çıxan səslər yenidən sayılıb və seçkilərin nəticəsi dəyişib. 

 

Bildirilir ki, seçkilərdən 10 gün keçdikdən sonra əvəzedici şura üzvlərindən birinin etirazı əsasında bəzi sandıqların səsləri yenidən sayılıb, bunun nəticəsində Rəhim Fərəci əvəzedici üzvlər sırasından çıxarılaraq əsas üzvlər siyahısına daxil edilib. Heydər Məhəmməd Hüseyni isə cəmi 32 səs fərqlə əsas üzvlər siahısından çıxarılıb və  əvəzedicilər siyahısına daxil edilib. Lakin problem səslərin yenidən sayılması ilə öz həllini tapmayıb. Bu dəfə Heydər Məhəmməd Hüseyni elan olunan nəticəyə kəskin etiraz edib, artıq məsələyə məhkəmə orqanlarının baxacağı gözlənilir.

 

 “Səslərin yenidən sayılmasını millət vəkili və etirazçı namizəd Heydər Məhəmməd Hüseyni olmadan təkcə qalib çıxan namizəd müşahidə edib. Ona görə də, Heydər Məhəmməd Hüseyni nəticənin dəyişməsini qəbul etmir və məhkəmə orqanlarından məsələyə baxılmasını tələb edir”- deyə etiraz edən namizədin yaxınlarından biri deyib.

 

Aşağıda Meşginşəhr Şəhər Şurası seçkilərinin elan olunan son nəticəsi təqdim olunur:

 

Əsas üzvlər:

1.Süməyyə Zayedi Xiyavi – 10630 səs

2.Vəli Heydərzadə             - 8736    səs

3.Fridun Məhəmmədi        - 8686   səs

4.Səid Cirə                         - 7202   səs

5.Baqir Fəramərzi              - 7192   səs

6.Seyid Əsgər Ətayi           - 6998   səs

7.Rəhim Fərəci                   - 6195   səs

 

Əvəzedici üzvlər:

1.Heydər Məhəmməd Hüseyni – 6163  səs

2.Səccad (Vəfa) Həmidzadə      - 5912  səs

3.Böyük Səfərzadə                     - 5839  səs

4.Səlim Zəhmətdust                   - 4940  səs

 

Qeyd edək ki, rejimin Şura Seçkilərində etdiyi saxtakarlıq bəzi şəhərlərdə, o cümlədən Güney Azərbaycanın Təbriz, Urmiyə və Zəncan şəhərlərində bir çox seçki namizədinin etirazına səbəb olub.

 

İranda prezident və şəhər şurası seçkiləri mayın 19-da keçirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN