Meşginşəhrin böyük asma körpüsündə Əkizlər Festivalı keçirlir

Meşginşəhrin böyük asma körpüsündə Əkizlər Festivalı keçirlir

GünAz TV: Güney Azərbaycanın Meşginşəhr (Xiyov) şəhərində yerləşən Yaxın Şərqin ən uzun asma körpüsündə Əkizlər Festivalı keçirilir.

 

Bu barədə “Nur Savalan” Nümunə Turizm Kompleksinin icraçı direktoru Hüseyn Abbasi Niya məlumat verib. “Asma Körpü Turizm Kompleksi, Novruz bayramı tətillərində ictimai-mədəni sahədə tədbirlər keçirməyə çalışır. Nəzərdə tutulan Əkizlər Festivalı həmin tədbirlərin tərkib hissəsidir”- deyə o bildirib.

 

Hüseyn Abbasi Niya festivalın artıq başlamaq üzrə olduğunu deyib. “Festival martın 25-də yerli vaxtla saat 14:00-da başlayacaq. Artıq festivala qatılmaq istəyənlər qeydiyyata alınıb. Festivalda əkiz uşağı olan hər kəs iştirak edə bilər. Asma Körpü Turizm Kompleksi isə əkiz uşaqlar üçün xüsusi hədiyyələr nəzərdə tutub”- deyə o əlavə edib.

 

“Nur Savalan” Nümunə Turizm Kompleksinin icraçı direktoru Novruz bayramı münasibəti ilə asma körpüsü ətrafında daha bir neçə şənlik mərasiminin keçirildiyini qeyd edib. Onun sözlərinə görə, tədbirlərdə yerli musiqiçilər ənənəvi mahnılarla çıxış edirlər.

 

Qeyd edək ki, Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bu bayram dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN