Murtaza Qüdrəti Dirəniş Təşkilatının bəzi üyələrinin təxribatı barədə bəyanat yayıb

Murtaza Qüdrəti Dirəniş Təşkilatının bəzi üyələrinin təxribatı barədə bəyanat yayıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Murtaza Qüdrəti Dirəniş Təşkilatının bəzi üyələrindən ibarət “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.  

 

“Bir zamanlar hökumət və onun təhlükəsizlik qüvvələri Milli Hərəkat fəallarını ləkələmək üçün milyonlar, hətta milyardlarla pul xərcləməyə hazır idi. Onlar bununla Milli Hərəkatı dayandırmaq istəyirdilər. Lakin bütün səylərə baxmayaraq bu baş vermədi və hər dəfə özləri məğlub oldu. Təəssüflər olsun ki, bu dəfə Dirəniş kimi bir qrup olduğu üçün artıq hökumətin milyon vəya milyardlarla vəsait xərcləməyə ehtiyacı yoxdur. Ona görə ki, bu qrupun bəzi satqın üyələri hərəkatın dayandırılması üçün bir çox işlər görür. Buna baxmayaraq nigaranlığa heç bir əsas yoxdur, bu hərəkat o qədər müqəddəsdir ki, belə cüzi hadisələrlə durdurulmaz.

 

Mən də Dirəniş təşkilatı üyələrinin bu bayağı hərəkətini qınayaraq Azərbaycan uğrunda mübarizə aparan bütün qrupların eyni cəbhədə yer alacağına ümid edirəm”- deyə bəyanatda bildirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN