Mustafa Acorlu “Traxtur” klubunun problemləri ilə bağlı Şərqi Azərbaycan məsulları ilə görüş keçirib

Mustafa Acorlu “Traxtur” klubunun problemləri ilə bağlı Şərqi Azərbaycan məsulları ilə görüş keçirib

GünAz TV: Təbriz “Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu, klubun problemləri ilə bağlı Şərqi Azərbaycan məsulları ilə görüş keçirib.

 

Klub rəsmisi, Təbrizin imam cüməsi Məhəmməd Əli Al-i Haşim, Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifi, Şərqi Azərbaycan Vergi Məsələləri üzrə Təşkilatın rəisi Qulamrza Şərifi və Təbrizin Bələdiyyə başqanı Sadiq Nəcəfi ilə iyunun 11-də görüşüb. Görüş zamanı “Traxtur” klubunun müxtəlif problemləri ilə bağlı fikir mübadiləsi aparılıb, məsullar klubun düşdüyü ağır vəziyyətdən çıxarılması üçün lazımi tədbirlərin alınmasına təkid ediblər.

 

Məlumata görə, Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifi “Traxtur” klubuna aid iqtisadi layihələrin reklam edilməsinə və bu istiqamətdə lazımi işlərin görülməsinə dair söz verib.

 

M.Acorlu ilə görüşən digər məsullar da Təbriz klubuna yardım vəd ediblər.

 

Qeyd edək ki, ciddi maliyyə sıxıntısı və yeni oyunçu transferi qadağası ilə üzləşən “Traxtur” klubu, düşdüyü ağır vəziyyətdən heç bir şəkildə çıxa bilmir. Problemlər əsasən rejimin, xüsusi ilə də İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) klubun qarşısında yaratdıqları münelərlə bağlıdır. Bunun əsas səbəbi, “Traxtur” yarışlarında Güney Azərbaycanın İran tərəfindən tanınmayan milli və demkratik hüquqlarının gündəmə gətirilməsi və milli şüarların səsləndirilməsidir. Rejim Azərbaycan klubunu sıradan çıxarmaq üçün bir çox açıq və gizli üsullardan istifadə edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN