Mustafa Dənizli “Traxtur” klubundan ayrılıb

Mustafa Dənizli “Traxtur” klubundan ayrılıb

GünAz TV: “Traxtur” Azərbaycan futbol klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli rəsmən komandadan ayrılıb.

 

Bu qərar klubun sahibi və icraçı direktorunun baş məşqçi ilə aralarında əldə edilmiş razılığa əsasən verilib.

 

Xatırladaq ki, Mustafa Dənizli cari ilin iyul ayında “Traxtur”un baş məşqçisi təyin edilmişdi. O, liqanın 13-cü həftəsinin sonuna qədər komandaya 18 xal qazandırmağa nail olub.

 

“Traxtur” futbol komandasının müdiri Əhəd Şeyxləri növbəti baş məşqçinin təyin edilməsinə qədər komandanı idarə edəcək.

 

Qeyd etmək lazımdır ki, Əhəd Şeyxləri bir sıra beynəlxalq idman assosiasiyalarından beynəlxalq dərəcəli professional məşqci dərəcəsini alıb. O, daha öncələr “Traxtur” klubunda baş məşqçinin köməkçisi və baş məşqçi kimi çalışsa da, cari liqanın ilk günlərindən klubun müdiri vəzifəsinə təyin olunub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN