Nadir Qazipur məşhur politoloqun Qaşqay qadınlarını təhqir etməsinə reaksiya verdi

Nadir Qazipur məşhur politoloqun Qaşqay qadınlarını təhqir etməsinə reaksiya verdi

GünAz TV: Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili, Türk Bölgələri Fraksiyasınn sədr müavini Nadir Qazipur məşhur iranlı politoloq Sadiq Zibakəlamın Qaşqay qadınlarını təhqir etməsinə reaksiya verib, millət vəkili onu boşboğaz adlandırıb.

 

“Biz icazə vermərik ki, boşboğazlar və keçmişləri ingilislərlə bağlı olan şəxslər qövmləri təhqir etməklə  ölkənin sakitliyini pozsunlar. Qaşqay qadınlarını təhqir edən hər bir şəxs, qarşısında bütün İran türkdillilərini görər. Boşboğazların bizim namusumuzu təhqir etməsi heş bir şəkildə qəbul oluna bilməz və biz buna icazə vermərik. Biz bütün qövmlərə hörmət edirik və vaxtaşırı nifaq səsini qaldıran boşboğazların da qarşısını almaqda qərarlıyıq”- deyə millət vəkili bildirib.

 

“Bu gün qaşqay türklərini təhqir edənlər, sabah Azərbaycanı və bütün türkdilliləri təhqir edəcək. Ona görə də ölkədə nifaq toxumu səpənləri yerindəcə susuduracayıq”- deyə Türk Bölgələri Fraksiyasının sədr müavini vurğulayıb.

 

Qeyd edək ki, məşhur politoloq S.Zibakəlam Hüseyn Dehbaşinin apardığı “Xeşt-i xam” televiziya verilişində qaşqay qadınları haqda dəfələrlə “qaraçı” ifadəsi işlədib. O bu sözlə, özlərinə məxsus həyat tərzi olan qaraçılar və onlarla birlikdə qaşqay qadınlarını aşağılayıb.

 

İran kütləvi informasiya vasitələrində vaxtaşırı qeyri-fars millətlərə qarşı təhqiramiz ifadələrə rast gəlinir. Bunun fars şovinizminin irqçi təfəkkürü ilə əlaqədar olması kimsəyə gizli deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN