Nadir Qazipur “Traxtur” klubuna qarşı ayrı-seçkiliyə etiraz edib

Nadir Qazipur “Traxtur” klubuna qarşı ayrı-seçkiliyə etiraz edib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Gənclər və İdman nazirinə məktub yazaraq Futbol Federasyonunun  Azərbaycanın “Traxtur” komandasına qarşı etdiyi ayrı-seçkiliyə etiraz edib.

 

“Azərbaycanın “Traxtur” futbol komandasına, əziz Tehranın iki komandası kimi dəstək verilsin” başlığı ilə yazılan məktubda “Traxtur”la Tehran komandalarına fərqli münasibətin olduğu qeyd olunub.

 

““Traxtur”la Tehranın iki komandası arasında keçirilən görüşlərdə, “Traxtur” tərəfdarları döyülərək məzlum şəkildə Azərbaycana qayıdırlar. Futbol Federasyonu rəqib komandalara (“İstiqlal” və “Perspolis” nəzərdə tutulur) qarşı heç bir tədbir görmür”- deyə məktubda qeyd olunub.

 

 

Azərbaycanlı millət vəkili açıq şəkildə heç bir görüşün adını çəkməyib, lakin onun ötən günlərdə Tehranda keçirilən “Traxtur”-“İstiqlal” görüşünə işarə etdiyi ehtimal olunur.

 

Həmin görüşdən sonra Futbol Federasyonunun İnzibati Komitəsi “Traxtur” tərəfdarlarını qanunu pozmaqda günahlandıraraq Azərbaycan klubunu 15 milyon tümən cərimələyib.

 Bu görüşdə hakimin ədalətsiz qərarları da hər kəsi narahat etmişdir. Hətta “Traxtur” klubu hakimin anlaşılmaz davranışları ilə əlaqədar Liqa Təşkilatına məktubla müraciət etmişdir. Azərbaycan klubu hakimləri qanun  pozuntusuna yol verən rəqib komanda oyunçularını oyundan xaric etməmək, “Traxtur”un xeyirinə olan penaltini təyin etməmək və s. kimi yalnış qərarlar verməkdə günahlandırmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN