Nadir Qazipur və Hadi Bahadurinin deputatlığa namizədliyi təsdiqlənib

Nadir Qazipur və Hadi Bahadurinin deputatlığa namizədliyi təsdiqlənib

GünAz TV: Qərbi Azərbaycanın mərkəzi şəhəri Urmiyadan əldə edilən xəbərlərə əsasən Nadir Qazipur və Hadi Bahadurinin deputatlığa namizədliyi təsdiqlənib.

 

Urmiya şəhərindən deputatlığa namizədliyini irəli sürən hazırkı millət vəkillərinin namizədliyi fevralın 17-də təsdiq edilib.

 

Artıq Nadir Qazipur bu barədə yayılan xəbəri təsdiqləyib.

 

Bundan əvvəl Konstitusiyanı Mühafizə üzrə Şura adını çəkdiyimiz hazırkı millət vəkillərinin namizədliyini rədd etmişdir.

 

Nadir Qazipur 8, 9 və 10-cu çağırışdır ki, deputatdır. O parlamentin sənaye və mədən komissiyasının üzvüdür.

 

Hazırda Urmiyanı İran parlamentində təmsil edən millət vəkillərindən biri də Hadi Bahaduridir. O həmçinin Urmiya Universitetinin inşaat mühəndisliyi qrupunda dosent kimi fəaliyyət göstərir.

 

Hazırda Qərbi Azərbaycan şəhərləri, o cümlədən Urmiyada radikal mühacir kürdlər arasında seçkilərlə bağlı xüsusi aktivlik müşahidə olunur.

 

Azərbaycanlı fəallar elan edib ki, mühacir kürdlər Azərbaycanın qədim şəhəri Urmiyanın kimliyini dəyişib onu fərqli şəkildə təqdim etmək məqsədi ilə bu şəhərdən kürd deputat parlamentə göndərməyi planlaşdırır. Onlar bu iqtiqamətdə geniş fəaliyyət aparır. Ona görə də çağırılmamış qonaqlar və arxalarındakı terror qruplaşmalarının planlarını zərərsizləşdirmək məqsədi ilə seçkilərdə aktiv olmaq lazımdır.

 

Qeyd edək ki, kürdlər və onlara mənsub təşkilatlar İranda seçkiləri boykot edib. Lakin kürd terror qruplaşmaları, təşkilatları və kürd telekanallar bütün kürdləri Qərbi Azərbaycan şəhərləri, o cümlədən Urmiya, Sulduz, Sayınqala və Tikantəpə kimi şəhərlərə axışaraq seçkilərdə kürd namizədlərə səs vermələrini tələb edirlər. Onların bu istiqamətdə cəhdləri şübhəsiz ki, bölgənin kürdləşdirilməsinə xidmət edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN