Nəsim Sadiqinin “Çətəçilər”in təxribatı haqda bəyanatı

Nəsim Sadiqinin “Çətəçilər”in təxribatı haqda bəyanatı

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.

 

“Çətəbazlar cahillik və qaranlığın nadan əsgərləridir.

 

Artıq nə sizin çətəbazlığınız, nə də başqalarının torpaq acgözlüyü böyük Azərbaycan türk millətini bu şərəfli yoldan çəkindirə bilməyəcək.

 

Azərbaycanın milli mənafeinin əleyhinə millətçi adı ilə işləyən yalançılar tezliklə ifşa olunub, düşmənin əltısı kimi tanıtdırılmalıdır.

 

Artıq düşmənin düşmənçiliyinə qarşı göz yummağın vaxtı keçdiyi kimi, çətəbazlarında təxribatçı fəaliyyətinə göz yummaq vaxtı keçib, hər kəsin nə olduğu Milli Hərəkat tərəfindən ifşa olunmalıdır.

 

Bu gün  çətəbazlara və onların tərəfdarlarına milli fəallardan sui-istifadə etmək icazəsi verilməyəcək. Ona görə ki, onlar hərəkatın legitimliyini sual altın almağa çalışan, millət və vətənimizi qaranlığa sürükləyənlərdir.

 

Mən çətəbazlar və onların əlaltılarının təxribatçı fəaliyyətini qınayaraq ana vətənimizə xəyanət edənləri pisləyirəm”- deyə bəyanatda bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN