Noyabr ayı etirazları zamanı yoxa çıxan güney azərbaycanlı rejissorun cansız bədəni tapılıb

2019-12-09 13:06

GünAz TV: İranda bahalığa etiraz olaraq keçirilən etiraz aksiyaları zamanı yoxa çıxan güney azərbaycanlı rejissorun cansız bədəni Həştrudun (Sərəskəndi) 30 kilometrliyində yerləşən Səhənd bəndində tapılıb.

 

Həştrudlu 25 yaşlı rejissor Əkbər Kərimi Əslin cəsədi üzərində işgəncə izləyi aşkar edilib.

 

Gənc rejissor noyabrın 17-də Təbrizə səfər etmək məqsədi ilə evdən çıxıb, sonra onunla bağlı heç bir xəbər olmayıb.

 

Əkbər Kərimi Əsl bir neçə qısametrajlı film çəkib. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənc rejissor türk dilində kurslar da təşkil edib.

 

Mərhumun ailəsi onun saxlandığını düşünərək təhlükəsizlik qüvvələrinə bir neçə dəfə müraciət ediblər. Lakin rejissorun cansız bədəni yoxa çıxdıqdan iki həftə sonra dekabrın 2-də Səhənd bəndində tapılıb. Hökumət rəsmiləri onun su bəndində boğulduğunu bildirib. Lakin mərhumun üz nahiyyəsində olan işgəncə izləri məsulların iddiasının yalan olduğunu sübut edir. Həmçinin soyuq hava şəraitində kimsənin suda çimməsi və ya balıq tutmağa getməsi faktı da inandırıcı deyil.

 

Qeyd edək ki, bu günə qədər son etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən güney azərbaycanlılardan 15-nin kimliyi müyyən edilib:

1-  Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)

14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

15- Əli Frutən Ləgəran (əslən Meşkinşəhr (Xiyav) şəhərindəndir. O Tehranda keçirilən etirazlar zamanı öldürülüb)

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri güc strukturları tərəfindən qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18