Ötən iki ildə Urmu gölünə ayrılan vəsaitin yalnız 36 faizi təmin olunub

Ötən iki ildə Urmu gölünə ayrılan vəsaitin yalnız 36 faizi təmin olunub

GünAz TV: Yerli məsullar, Urmu gölünün canlandırılması üçün ayrılan az miqdarda vəsaitin hökumət tərəfindən təmin olunacağına inanmırlar.

 

Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma Bölümünün müdiri Məsud Təcrişi mətbuat konfransında dövlət  tərəfindən gölün canlandırılması üçün ayrılan vəsaitin təmin olunması ilə bağlı öz nigaranlığını dilə gətirib.

 

Onun sözlərinə görə, ötən iki ildə Urmu gölünə ayrılan az miqdarda vəsaitin yalnız 36 faizi dövlət tərəfindən  təmin olunub.

 

Məsud Təcrişi əlavə edib ki, “Urmu Gölünü canlandırma Mərkəzi dövlətin qərarını nəzərə alaraq, cari ildə ayrılan 300 milyard tümən büdcə əsasında layihələr planlaşdırıb.”

 

Qeyd edək ki, İranın Nazirlər Kabineti sentyabrın 25-də ölkə prezidenti Həsən Ruhani ilə birgə keçirdikləri iclasda Urmu gölünün canlandırılması üçün 300 milyard tümən (təxminən 90 milyon dollar) vəsait ayırıb. Cari il üçün (1395-ci il) nəzərdə tutulan məbləğ, bundan öncə ölkə rəsmiləri, o cümlədən Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi İsa Kəlantəri tərəfindən dilə gətirilən məbləğdən qat-qat azdır.

N.S

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN