Paniranistləri qəzəbləndirən şüarlar bu dəfə Xuzistanda səsləndirilib - VİDEO

Paniranistləri qəzəbləndirən şüarlar bu dəfə Xuzistanda səsləndirilib - VİDEO

GünAz TV: İran rejiminin etniklərin hüquqlarını tanımaması təkcə Güney Azərbaycanda deyil, İran coğrafiyasında yaşayan digər millətlər tərəfindən də etirazla qarşılanır.

 

Aşağıdakı video ötən günlərdə Əhvazın “Fulad” komandasının fulad stadionunda keçirdiyi görüşə aiddir. Komandanın ərəb tərəfdarları “Məsələm var, məsələm ərəb xalqının məsələsidir” şüarı səsləndirərək stadionu lərzəyə gətiriblər. İraqda baş verən inqilab və etirazçılara dəstək verən Fulad tərəfdarları İraq bayrağını da nümayiş etdirib. Ərəblərin İraqda baş verən hadisələrə bu şəkildə reaksiya verməsi paniranistləri qəzəbləndirib.

 

https://www.youtube.com/watch?time_continue=15&v=c8MWjwgV43g

 

 

Komanda tərəfdarları oyun bitdikdən sonra təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Gözyaşardıcı qazdan istifadə edilən hücumda bir neçə nəfər xəsarət alıb. Stadionun ətrafındakı parkingdə hücuma məruz qalan azarkeşlərdən bir neçəsinin bihuş olduğu bildirilir.

 

https://www.youtube.com/watch?time_continue=21&v=e0R0vsu8gUE

 

 

Fulad komandasının tərəfdarları hücumu təşkil edənlərin kimliyinin açıqlanması və onların cəzalandırılmasını tələb edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN