“Pejak” simvolunun Tikantəpədə qaldırılması etiraz və qarşıdurmaya səbəb olub – VİDEO

2019-10-14 08:14

GünAz TV: Tikantəpənin Mövləvi meydanında “Pejak” terror qruplaşmasının simvolunun qaldırılmasına qarşı keçirilən dinc etiraz aksiyasında qarşıdurma yaşanıb.

 

Oktyabrın 13-ü səhər saatlarında keçirilən dinc yığıncaq Tikantəpənin yerli olmayan kürddilli bələdiyyə başçısının müdaxiləsi nəticəsində qarışıb.

 

Məlumata görə, azərbaycanlı gənclər “Pejak” və “İran Kürdüstanı Demokratik Partiyası” terror qruplaşmalarını simvolizə edən elementin Tikantəpədə qaldırılmasına etiraz olaraq Bələdiyyə İdarəsinə müraciət ediblər. Onlar bununla bağlı Divandərrə şəhərindən olan bələdiyyə başçısı Naseh Məhəmmədxani ilə söhbət edərək Tikantəpə əhalisinin sözügedən simvola qarşı həssas olduqlarını, bu şəhərdə çox sayda gəncin “Pejak” və “İran Kürdüstanı Demokratik Partiyası” tərəfindən şəhid edildiyini bəyan ediblər.

 

https://www.youtube.com/watch?v=c0yLahAyTYk

 

Radikal kürdçü bələdiyyə başçısı isə məsələni güya izah etməyə çalışıb və bildirib ki, bu elementin məfhumu başqadır, hər kəs onu özünəməxsus şəkildə başa düşə bilər.  

 

Naseh Məhəmmədxaninin bu sözlərindən sonra azərbaycanlı gənclər Bələdiyyə İdarəsinin həyətində toplaşıb, “bələdiyyə başçısı təfrəqə salır” şüarı səsləndiriblər. Etirazçılar “Təfrəqə salan bələdiyyə başçısı işdən azad edilməlidir” və “Terror elementini qaldırın” yazılmış plakatlar da nümayiş etdiriblər. Bundan sonra Bələdiyyə İdarəsinin bir kürd məsulu da daxil olmaqla Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin tərəfdarları azərbaycanlı gənclərə hücuma keçib və tərəflər arasında qarşıdurma yaşanıb.

 

Tikantəpədə radikal kürdlərin həyata keçirmək istədikləri planların əksəriyyətinin arxasında Hüseyn Mikaili dayanır. O ötən il Novruz bayramı günlərində azərbaycanlı bir sənətkar tərəfindən hazırlanan “Təkəm” heykəlinə (“Təkəm gəzdirmə” Güney Azərbaycanda Novruz bayramında həyata keçirilən qədim mərasimlərdən biridir) qarşı çıxaraq Bələdiyyə İdarəsinin önündə ucaldılan həmin heykəli yerindən götürülmüşdür.

 

Tikantəpənin imam cüməsi İsa Bəradəri ötən cümə namazı xütbələrində terror qruplaşmalarını simvolizə edən elementin qaldırılmasını tələb edərək bu barədə Hüseyn Mikaili və bələdiyyə başçısına xəbərdarlıq etmişdir. O vurğulayıb ki, məsullar sözügedən problemi aradan qaldırmasa, əhali özü bu məsələni həll edəcək.

 

Xatırladaq ki, Dəf musiqi aləti şəkilində hazırlanan heykəldə terror qruplaşmaları “Pejak” və “İran Kürdüstanı Demokratik Partiyası”nın simvolu olan “günəş” əks olunub. Heykəl Tikatəpə şəhərinin bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin nəzarəti ilə hazırlanıb və cari ilin oktyabr ayının 9-da Mövləvi meydanında ucaldılıb. 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08

gun az article

Təbrizin çıxışındakı lövhədən “Türkiyə” sözü silinib

2020-07-08

gun az article

Təbrizdə kiçik qız heykəlinin qaldırılması etirazlara səbəb olub

2020-07-08

gun az article

GünazTV July.07.2020-Özümüz: Qacarlar: Məhəmməd Şah Dönəmi

2020-07-08