“Perspolis”-“Qostəreşe fulad” görüşündə səsləndirilən irqçi şüarlar “Traxtur” klubunun məsullarını da dilə gətirib

“Perspolis”-“Qostəreşe fulad” görüşündə səsləndirilən irqçi şüarlar “Traxtur” klubunun məsullarını da dilə gətirib

GünAz TV: Yanvarın 23-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Qostəreşe fulad” komandaları arasında keçirilən görüşdə türklərə qarşı irqçi şüarlar səsləndirilib.

 

Paytaxtın futbol tamaşaçıları səsləndirdikləri şüarlar və təhqiramiz rəftarları ilə bir daha türklərə qarşı irqçi duyğularla yaşadıqlarını nümayiş etdiriblər. Baş verən hadisə təkcə “Qostəreşe fulad” klubu deyil, vaxtaşırı oxşar vəziyyətlə üz-üzə qalan “Traxtur” klubunun məsullarını da narahat edib.

 

“Tamaşaçılar arasında baş verən hadisələr və “Perspolis”  tərəfdarlarının səsləndirdikləri şüarlar çox ayıb sözlər idi. Belə işlərin nə mənası varki?! Futbol Federasiyasının İnzibati Komitəsi bu məsələyə diqqət yetirməlidir. Mənim fikrimcə “Perspolis” tərəfdarlarının bu əməli “Traxtur” tərəfdarlarını təhrik etməyə yönəlib, Futbol Federasiyası mütləq bu vəziyyəti düzəltməlidir”- deyə “Traxtur” klubunun icraçı direktoru Əyyub Zülfiqari bildirib.

 

İran Futbol Federasiyası İnzibati Komitəsinin rəisi isə məsələyə konkret münasibət bildirməkdən yayınıb. ““Traxtur”-“Qostəreşe fulad” görüşü ilə bağlı bizə rəsmi olaraq raport təqdim olunmayıb. Rəsmi raport əlimizə  çatdıqdan sonra bütün məsələlərə baxılacaq və lazımi qərarlar veriləcək”- deyə İsmail Həsənzadə qeyd edib.

 

Xatırladaq ki, İranda qeyri-fars millətlər, xüsusi ilə də türklər Pəhləvi dövrünün əvvəllərindən sistemli şəkildə təhqir edilir, bu proses islam hökuməti dövründə də davam etdirilir, irqçiliyə qarşı dinc mübarizə aparan insanlar isə təhlükəsizlik və məhkəmə orqanları tərəfindən təqib olunur.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN