Qaradağ meşələrində baş verən yanğınla bağlı 3 nəfər saxlanılıb

Qaradağ meşələrində baş verən yanğınla bağlı 3 nəfər saxlanılıb

GünAz TV: Avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində baş verən yanğınla bağlı 3 nəfərin saxlandığı açıqlanıb.

 

Bu barədə Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi mətbuata məlumat verib.

 

“Yanğının səbəbinin araşdırılması ilə bağlı yaradılan qrup tapşırılan işləri yerinə gətirib. Araşdırmalardan sonra yanğınla əlaqədar 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.”- deyə o bildirib.

 

Ədliyyə İdarəsinin rəisi saxlanılan şəxslərin ərazini otlaq kimi istifadə etmək və bu kimi şəxsi maraqlara görə yanğın törətdiyini deyib.

 

Musa Xəlilullahi

 

Avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində geniş miqyaslı yanğın baş verdi. Yanğın müəyyən rəsmi orqanların laqeyd münasibəti nəticəsində bir həftədən çox davam etdi. Tehrandakı səlahiyyətli məsullar birinci günlərdə yerli məsulların müraciətinə məhəl qoymadan hadisə yerinə su çiləyən helikopter göndərməkdən imtina etdilər. Bu səbəbdən geniş ərazini bürüyən yanğın yüzlərlə hektar meşə sahəsinin sıradan çıxmasına səbəb oldu.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN