Qarakilsəyə toplaşan ermənilərə yüksək səviyyədə xidmət göstərilib – Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı

Qarakilsəyə toplaşan ermənilərə yüksək səviyyədə xidmət göstərilib – Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı

GünAz TV: İran rejimi Qərbi Azərbaycan Əyalətinin Çaldıran şəhərində yerləşən Qarakilsə kilsəsinə toplaşan minlərlə ermənini xoş xatirələrlə yola salıb.

 

Xəbər verdiyimiz kimi, iyulun 27-də minlərlə erməni sözdə dini mərasim adı ilə Qarakilsəyə toplaşıb, 3 gün davam edən mərasimdə İran və dünyanın müxtəlif ölkələrindən gələn ermənilərə dövlət tərəfindən yüksək səviyyədə xidmət göstərilib.

 

Bu barədə Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı Kərim Hüseynzadə jurnalistlərə açıqlama verib.

“Ötən günlərdə 4 min nəfər yerli və xarici erməni Qarakilsə kilsəsində keçirilən mərasimə qatılıb. İcra orqanları mərasimə 20 gün qalmış bölgəyə gəlib, mərasim iştirakçılarının rifahı üçün lazımi tədbirləri görüblər. Hətta Qarakilsədə 5 mindən çox erməni ziyarətçi üçün hazırlıq işləri görülmüşdür”- deyə o vurğulayıb.

 

K.Hüseynzadə hökumətin Qarakilsə mərasiminə xüsusi diqqət ayırdığına da işarə edib. “Çox sayda rəsmi şəxs ermənilərin dini mərasimində iştirak etdi. Bu göstərdi ki, hökumət bu mərasimə xüsusi diqqət yetirir. Mərasim zamanı zəvvarların təhlükəsizliyi tam olaraq təmin olundu, onlar hətta sürətli internetlə belə təmin olundular. Bütün bunlar müqəddəs islam cümhuriyyətinin hər şeyə açıq olduğunu göstərir”- deyə İca Hakimiyyəti başçısı deyib.

 

O həmçinin hökumət tərəfindən Qarakilsənin təmir-bərpa işləri üçün 1 milyard 500 milyon rial məbləğində vəsait ayrıldığını diqqətə çatdıraraq bildirib ki, Qarakilsə Çaldıranda turizm sahəsinin inkişafı üçün potensial imkan sayılır.

 

 

İran, Çaldıranın Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyata keçirməklə hər il ermənilərin Güney Azərbaycanda toplaşması və nəticə etibarı ilə daşnakların planlı fəaliyyətinə etibar və legitimlik qazandırıb, bu mərasimlər artıq bir adətə çevrilib.

 

Ermənilər İranda yaşayan bütün milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdilər. Onlar öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər. Halbuki, İranda yaşayan digər etnik qrupların hamısı qeyd olunan hüquqlardan məhrumdur.

 

İran rejimi Azərbaycanla Ermənistan arasındakı münaqişədə mövgə sərgilədiyi kimi, Güney Azərbaycanda da türk torpaqlarına göz tikən qüvvələrə hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirir.  Məqsəd Azərbaycan torpaqlarına nə qədər gülünc görünsə də, yalan iddiaların sayını artırmaqdır.

 

Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiri Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi uğrunda vəya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmirlər. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN