Qaşqay xalçaları WIPO-da qeydiyyata alınıb

Qaşqay xalçaları WIPO-da qeydiyyata alınıb

GünAz TV: Fars Vilayəti Ticarət və Mədən Sənayesi Təşkilatının Əl Xalçası İdarəsinin rəisi qaşqay türklərinə məxsus əl xalçası və qəbə adlanan xalçanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT= WIPO) tərəfindən qeydiyyata alındığı bildirib. 

 

“Fevralın 5-də İran Xalçası Milli Mərkəzinin rəisi və yerli məsulların qatılımı ilə Şirazın Gülüstan beynəlxalq daimi sərgisində Fars vilayətinin əl xalçası sərgisi keçiriləcək. Həmin sərgidə qaşqay xalçaları ilə bağlı beynəlxalq sertifikat təqdim olunacaq”- deyə Nikram Məntiqi bildirib.

 

Fars Vilayəti Ticarət və Mədən Sənayesi Təşkilatının Əl Xalçası İdarəsinin rəisi əlavə edib ki, “Pakistan, Hindistan və Nepal kimi ölkələr də qəbə istehsalı və ixracatı ilə məşğul olur. Qəbəni Beynəlxalq təşkilatın siyahısına daxil etməklə digər ölkələrin bu adla məhsul ixrac etməsinin qarşısını almaq mümkün olacaqdır.”

 

N.Məntiqi bildirib ki, sözügedən iki növ xalçanı ÜƏMT-də qeydiyyata almaqla bu məhsulların saxtalaşdırılmasının qarşısı alınıb, bu isə həmin məhsulların ixracatına öz müsbət təsirini göstərəcək.

 

Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Birləşmiş Millətlər Təşkilatının (BMT) 16 ixtisaslaşmış təşkilatından biridir.  Müəlliflik hüququ ilə bağlı təşkilatı təsis edən Konvensiya 1967-ci ildə qəbul edilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN