Qərbi Azərbaycan: 5 min dərs otağında yenidənqurma işləri aparılmalıdır

Qərbi Azərbaycan: 5 min dərs otağında yenidənqurma işləri aparılmalıdır

GünAz TV: Güney Azərbaycanın əksər şəhər və kəndlərində təhsil ocaqları binaları bərbad vəziyyətdədir.

 

Bu barəd “Mehr” xəbər agentliyi Qərbi Azərbaycan Təhsil Şöbəsinin rəisi Fridun Mustəfəviyə istinadən məlumat yayıb.

“Qərbi Azərbaycanda məktəblərin 30 faizində təmir-bərpa və yenidənqurma işlərinə ehtiyac var. Qəbul olunmuş standarta uyğun olaraq 5 min dərs otağında yenidənqurma işləri aparılmalıdır. Əlavə olaraq hazırda 722 yeni dərs otağına təcili ehyiac var”- deyə F.Mustəfəvi bildirib.

 

Təhsil Şöbəsi rəisinin verdiyi informasiyadan belə məlum olur ki, Qərbi Azərbaycanda məktəblərdə aparılan yenidənqurma işlərində yerli xüyriyyəçilərin rolu dövlət orqanlarından daha çox olubdur.

 

“Mehr” xəbər agentliyi bildirir ki, Fridun Mustəfəvi hökumət orqanlarını xeyriyyəçi insanlarla əməkdaşlıq etməyə çağırıb. “Xeyriyyəçilər tərəfindən tikilən məktəb binalarında müəyyən problemlər yaşanır. Bu məktəblərdə su, qaz və işıq problemi müşahidə olunur. Belə məsələlər öz həllini tapmalıdır və hökumət orqanları məktəb tikən xeyriyyəçi insanlarla əməkdaşlıq etməklə Təhsil sahəsinə yardım etməlidilər. Bu barədə Qərbi Azərbaycan valisi də göstəriş verib”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN