Qərbi Azərbaycan: “Pejak” sərhədyanı şəhərdə bir nəfəri girov götürüb

Qərbi Azərbaycan: “Pejak” sərhədyanı şəhərdə bir nəfəri girov götürüb

GünAz TV: Kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsində müxtəlif cinayətlər törədərək bölgə əhalisi üçün ciddi təhlükəyə çevrilib.

 

Son məlumata görə, Türkiyə ilə sərhəddə yerləşən Makı şəhərinin “Yarım Qaya” kəndinin sakini Hüseyn oğlu Yusif Əmiqkanlu PKK terror təşkilatının İran qolu kimi tanınan “Pejak” tərəfindən girov götürülüb.

 

Əldə edilən informasiyaya əsasən, terrorçular girov götürdüklərin şəxsin ailə üzvlərinə zəng edərək onun azad edilməsi üçün pul tələb ediblər. Bildirilib ki, “Y.Əmiq Kanlunun sərbəst buraxılması üçün 400 milyon rial ödənilməlidir, əks halda o qətlə yetiriləcək.”

 

“Pejak” terror təşkilatı bu il Qərbi Azərbaycan Əyalətində ən azı 5 dəfə insan oğurlama cinayətinə əl atıb.

 

Kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsini xəyali böyük Kürdistan xəritəsinə daxil edib. Onlar bu gülünc iddiaya görə, bölgəni kürdləşdirməyə çalışır, bu istiqamətdə terror, qaçaqmalçılıq, insan oğurluğu və s. kimi cinayətlərə əl atırlar. Terror qruplaşmalarının Qərbi Azərbaycanı kürdləşdirmə planları İran rejiminin uzaq strategiyası ilə üs-üstə düşdüyü üçün onların bölgədəki mövqeyi günü-gündən güclənir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN