Qərbi Azərbaycan: Piranşəhrdə 3 yaşlı uşağın yanmış cəsədi qonşunun təndirində tapılıb!

Qərbi Azərbaycan: Piranşəhrdə 3 yaşlı uşağın yanmış cəsədi qonşunun təndirində tapılıb!

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Piranşəhr şəhərində tükürpədici hadisə baş verib.

 

Qərbi Azərbaycan Tibb Universitetinin Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Baqir Bəhrami, Piranşəhrdə olduqca tükürpədici hadisə baş verdiyini açıqlayıb.

 

O mövzu ilə bağlı “Mehr” xəbər agentliyinin müxbirinə danışıb.

“Ötən gün Piranşəhrin Abxorde kəndində 3 yaşlı qız uşağı yoxa çıxıb. Ondan sonra kənd əhalisi və xüsusi yardım qrupları azyaşlının axtarışına başlayıblar. Bir neçə saat sonra Təcili Tibbi Yardım qrupu azyaşlının yanmış cəsədini qonşunun təndirində tapıb. Cəsəd dərhal Piranşəhrin Xomeyni xəstəxanasına aparılıb”- deyə o bildirib.

 

B.Bəhrami baş verən hadisənin səbəbi ilə bağlı heç bir məlumata malik olmadığını bildirib.

 

Polis faktla bağlı araşdırmaya başlayıb.

 

Qeyd edək ki, son zamanlar İran İslam Cümhuriyyətində azyaşlılara qarşı qəddarlıq və zorakılıq halları  artıb. Ötən günlərdə Ərdəbil Əyalətinin Parsabad şəhərində Atena Aslani adlı 7 yaşlı qız uşağının acınacaqlı şəkildə qətlə yetirilməsi hələ mətbuatın gündəmindən düşməyib. İyunun 18-də itkin düşən azyaşlının meyiti iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl Cəfərzadə adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb. Qatil artıq törətdiyi cinayəti etiraf edib, hazırda azyaşlının qətlə yetirilməsi faktı ilə bağlı məhkəmə prosesi gedir.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN