Qərbi Azərbaycan valisi Sulduz Şəhər İcra Hakimiyyəti başçısına töhmət verib

Qərbi Azərbaycan valisi Sulduz Şəhər İcra Hakimiyyəti başçısına töhmət verib

GünAz TV: Qərbi Azərbaycan valisi Qurbanəli Səadət Sulduz Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) Murtaza Fəramərziyə, keçirilən rəsmi mərasimdə bir qızın rəqsini seyr etməsinə və ona reaksiya vermədiyinə görə töhmət (tobix) verib və xəbərdarlıq edib.

 

Vali İcra Hakimiyyəti başçısına ünvanladığı məktubda dini dəyərlərə hörmətsizlik edildiyinə görə öz təəssüfünü bildirərək qeyd edib ki, ölkədə keçiriləcək seçklərin  zamanı yaxınlaşdığına görə bu barədə daha kəskin tədbir almaqdan imtina edilib.

 

Vali, daha dəqiq araşdırmaq məqsədi ilə sözügedən dosyeni İdarələr üzrə Qanun pozuntularına baxan Heyətə göndərib.

 

Bundan öncə Urmiyə imam-cüməsi Mehdi Qureyşi də İcra Hakimiyyəti başçısının bu hərəkətini pisləyərək səlahiyyətli orqanları ona qarşı tədbir almağa çağırıb.

 

Qeyd edək ki, ötən həftə Sulduz Şəhər İcra Hakimiyyətinin başçısı Murtaza Fəramərzi Mühəndis Günü münasibəti ilə keçirilən bir tədbirdə iştirak edib, mərasimdə bir qız və oğlan Azərbaycan rəqsi nümayiş etdirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN