Qərbi Azərbaycan Vilayəti “yol qəzalarına yox” kampaniyasında ikinci yerdə

Qərbi Azərbaycan Vilayəti “yol qəzalarına yox” kampaniyasında ikinci yerdə

GünAz TV: Hər il Güney Azərbaycan yollarında baş verən avtomobil qəzaları çox sayda insanın ölümü vəya şikəst olması ilə nəticələnir.

 

Günü-gündən artan qəzalar yerli əhalinin ciddi narahatlığına səbəb olduğu üçün, bu istiqamətdə müxtəlif tədbirlərə əl atılır. Bu cəhətdən ölkə üzrə keçirilən “yol qəzalarına yox” kampaniyasına Azərbaycan şəhərlərində xüsusi diqqət yetirilir.

 

Mövzu ilə bağlı danışan Qərbi Azərbaycan Vilayəti Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Həsən Mahmudi təmsil etdiyi vilayətin keçirilən kampaniyada olduqca aktiv olduğunu diqqətə çatdırıb. “Qərbi Azərbaycan “yol qəzalarına yox” kampaniyasına qatılanların sayı üzrə ölkə vilayətləri arasında Gilandan sonra ikinci yerdədir. Kampaniyaya 90-ı xarici vətəndaş olmaqla 2 min 6 nəfər turist qatılıb. Xarici turristlər Almaniya, Fransa, İtaliya, Avstraliya, İsveçrə (Suis), Türkiyə və Azərbaycan Respublikasının vətəndaşlarıdır”- deyə o qeyd edib.

 

Kampaniyaya qoşulanlar arasında ölkənin yüksək rütbəli rəsmi şəxslərinin də olduğunu diqqətə çatdıran H.Mahmudi sözügedən kampaniyanın əhəmiyyətinə işarə edərək bunun il boyu davam edəcəyinə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini buna səbəb kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN