Qərbi Azərbaycanda 5 min sinifə ehtiyac var – Vali

Qərbi Azərbaycanda 5 min sinifə ehtiyac var – Vali

GünAz TV: “Qərbi Azərbaycan Vilayəti təhsil imkanları baxımından olduqca yoxsul vəziyyətdədir, hazırda vilayətdə 5 min dərs otağına ehtiyac var”.

 

Bu sözləri Qərbi Azərbaycan valisi autizm xəstələri üçün nəzərdə tutulan məktəbin təməlqoyma mərasimində bildirib. “Qərbi Azərbaycanda savadsızlıq səviyyəsinin yüksək olması səbəbindən ölkədə 30-cu yerdəyik, bu məsələ təhsil sahəsində ciddi tədbirlərin alınmasını zəruri edir”- deyə Qurbanəli Səadət qeyd edib.

 

Vali Qərbi Azərbaycanda təhsil sahəsində yaşanan ən ciddi problemə də toxunub. O bildirib ki, “vilayətdə təhsil imkanları olduqca məhduddur və hal-hazırda 5 min dərs otağına təcili ehtiyac var.”

 

Bundan öncə isə Qərbi Azərbaycan Təhsil Şöbəsinin rəisi vilayətdə məktəblərin 30 faizinin sökülüb yenidən tikilməli olduğunu elan etmişdir.

N.S

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN