Qərbi Azərbaycanda 9000 dərs otağı sökülüb yenidən tikilməlidir

Qərbi Azərbaycanda 9000 dərs otağı sökülüb yenidən tikilməlidir

GünAz TV: “Qərbi Azərbaycan vilayətində məktəb binalarının əksəriyyəti münasibət vəziyyətdə deyil.”

Bu barədə Qərbi Azərbaycan Məktəblərinin Yenidənqurma işləri üzrə qurumun rəisi Qəhrəman Rəhmani mətbuata danışıb.

 

“Vilayətimizdə məktəb binalarının əksəriyyəti münasib vəziyyətdə deyil. Hazırda sökülüb yenidənqurulması gərəkən 9000 dərs otağı mövcuddur. Bunu həyata keçirmək üçün əlbəttə ki, dövlətin və xeyriyyəçi vətəndaşlarımızın yardımı lazımdır”- deyə o qeyd edib.

 

Yaxın günlərdə 15 layihə üzrə yenidənqurma işlərinin yekunlaşaraq istefadəyə veriləcəyini qeyd edən qurum rəisi, bu layihələrin icrası üçün 22 milyard tüməndən çox vəsait xərcləndiğini açıqlayıb. “Sözügedən 15 layihə istifadəyə verildikdən sonra Qərbi Azərbaycan məktəblərinin siniflərinə daha 76 dərs otağı əlavə olunacaq”- deyə Qəhrəman Rəhmani əlavə edib.

 

Xatırladaq ki, ötən günlərdə Ərdəbil Vilayəti Məktəblərinin Yenidənqurma işləri üzrə qurumun rəisi Dövlət Lütfi də oxşar açıqlama ilə çıxış edərək vilayətdə  dərs otaqlarının 39 faizinin bərbad və hətta təhlükəli vəziyyətdə olduğunu bildirmişdir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN