“Qərbi Azərbaycanda baş verən yol qəzalarının statistikası nigaranlıq doğurur”

“Qərbi Azərbaycanda baş verən yol qəzalarının statistikası nigaranlıq doğurur”

GünAz TV: İran Yol Polisi İdarəsinin rəisi Qərbi Azərbaycanda baş verən yol qəzalarının sayının çox olmasından narahatlığını dilə gətirib.

 

General Teymur Hüseyni bu barədə Qərbi Azərbaycan Yollarının təhlükəsizliyi ilə bağlı komissiyanın keçirdiyi 6-cı iclasda çıxış edib.

 

Son illərdə müəyyən layihələrin həyata keçirilməsi nəticəsində ölkədə yol qəzalarının sayının azaldığını deyən T.Hüseyni Qərbi Azərbaycanda vəziyyətin hələ də ürəkaçan olmadığını deyib.

“Əyalətdə baş verən yol qəzalarının statistikası nigaranlıq doğurur. Bu istiqamətdə vəziyyəti müsbətə doğru dəyişmək üçün bütün müvafiq orqanlar var gücləri ilə hərəkətə keçməlidir. Bu iş üçün geniş baxış tələb olunur, bütün müvafiq orqanlar bir-birləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.”- deyə o vurğulayıb.

 

Ölkənin Yol Polisi İdarəsinin rəisi yol qəzalarının sayını azaltmaq üçün bir neçə çıxış yolu göstərib. Onlardan ən əsası yolların genişləndirilməsi və davamlı yol-nəqliyyat hadisəsi yaranan yol hissələrinin sökülüb yenidən tikilməsi olub. Lakin o yerli məsulların hər zaman şikayətləndiyi büdcə vəsaitinin çatışmazlığı məsələsinə toxunmayıb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu istiqamətdə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN