Qoşaçayda aşıq festivalı keçirilib

Qoşaçayda aşıq festivalı keçirilib

GünAz TV: Güney Azərbaycanın Qoşaçay şəhərində “Aşıqlar səsi” adı altında aşıq festivalı keçirilib.

 

Festival şəhərin mədəniyyət və incəsənət kompleksinin salonunda keçirilib.

 

Fesativalda Aşıqlar Evinin nümayəndələri, rəsmi şəxslər və çox sayda musiqisevər yerli soydaşlarımız iştirak edib.

 

Qoşaçay İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Mahmud Nikməram festivalla bağlı dünən “İrna” xəbər agentliyinə danışıb.

“Festivalda 11 qrup və 50 ustad aşıq iştirak edib. Qruplardan biri Təbriz, 2-i Binab, 1-i Sulduz, 1-i Baruq, qalanları isə Qoşaçay şəhərinə aid olub.”- deyə o bildirib.

 

İrşad və Mədəniyyət İdarəsinin rəisi bildirib ki, festivalı keçirməkdən əsas məqsəd aşıq məktəbini canlandırmaq, bu sənəti gücləndirmək, həmçinin qocaman aşıq ustad Mikayılın fəaliyyətini təqdir etməkdən ibarət olub.

 

Mahmud Nikməramin sözlərinə görə, festivalda aşıq sənətinin 5 qocaman ustadının fəaliyyəti təqdir olunub, onlara xüsusi lövhələr təqdim edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN